Icma.az
close
up
RU
“Çində diktatorların paradından sonra Şərq Qərbə böyük hesabla uduzdu...“

“Çində diktatorların paradından sonra Şərq Qərbə böyük hesabla uduzdu...“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Elə Pekində tədbirlərin bitdiyi ertəsi gün bu ölkə ilə də Rusiya ilə də həm qonşu,həm böyük siyasi, həm iqtisadi əlaqələri olan Qazaxıstan Uelsə 1:0 uduzdu...”

“Azərbaycan kollektiv Qərbin üzvü olan Ukrayna ilə oyunu 1:1 bərabərliklə başa vurdu. Sanki bu bir mesaj idi ki, Azərbaycan Rusiyadan tamamilə uzaqlaşıb Ukrayna ilə bərabər Qərbin yanında olmalıdır...”

“İnsan haqlarının, ədalətin, qanunların aliliyinin qorunmadığı, baş məşqçi ilə müqayisə etdiyimiz liderlərin öz ölkələrinin insanlarının qayğısına qalmadığı, əksinə, haqlarını tapdadığı bir  məkanda isə hətta texnoloji, iqtisadi inkişaf olsa belə, heç bir tərəqqidən və qələbədən danışmaq doğru deyil...”

-FİKİR SAVAŞI...-

Avqustun 31-dən sentyabrın 3-dək keçirilmiş Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti və Pekində Çinin II Cahan savaşında Yaponiya üzərindəki qələbəsinə həsr olunmuş möhtəşəm hərbi paraddan sonra Azərbaycan və dünyada siyasi şərhçi, politoloq və analitik hesab edilənlərin xeyli hissəsi artıq Çinin dünya liderliyini ələ almasından  Çin, Rusiya və Hindistanın  əsas liderləri hesab edilən Şərqin Qərb üzərində üstünlük qazanmasından danışmağa, yazmağa başladılar...  

Dedilər ki, Çin, Rusiya və Hindistanın liderliyi ilə yeni dünya düzəni qurulur – artıq kollektiv “KQB”-nin də daxil olduğu Şərq kollektiv Qərbi udur. Planet yeni oyunlara hamilədir.  Fəqət, unutmuşdular ki, qarşıda Qərb və Şərq arasında həlledici oyunlar var.  Futbol oyunları...  

Əslində futbol da şahmat kimi siyasətlə çox bağlıdır. Siyasətçi qumar oyunundan daha çox, şahmatı bilməli və futbolla da maraqlanmalıdır. Çünki  futbol da şahmat kimi strategiya, plan və uzaqgörənlik tələb edən oyundur. Eyni zamanda şahmat tək bir nəfərin taktiki, strateji düşüncə və gedişlərindən asılıdırsa, futbol həm fərdi, həm də kollektiv düşüncə və gedişlərdən asılıdır. Futbolda baş məşqçi düzgün komanda toplamalı və onun üzvlərini həm fərdi, həm də kollektiv düşüncə baxımından tərbiyə etməli və hazırlamalıdır. Bu mənada hər bir dövlətin lideri futbol komandasının baş məşqçisinə bənzəyir. Şahmatda fiqurlar bir oyunçunun iradəsi ilə hərəkət edən cansız daşlardır. Futbolda isə hər bir fiqur insandır. Odur ki, bu oyunda hər bir iştirakçının fərdi xüsusiyyətləri,  gözəlliklər və çirkinliklər də ortaya çıxır. Şahmat daşlarından fərqli olaraq futbolçularda iradə, cəsarət, əzmkarlıq, mübarizə və müqavimət duyğuları var. Ona görə də baş məşqçi hər bir futbolçunun hər mənada qayğısına qalmalıdır...

Xülasə, qayıdaq dünya çempionatının avropa zonası üzrə seçmə oyunları ilə Çindəki sammit və paradın əlaqəsinə...

Elə Çində tədbirlərin bitdiyi ertəsi gün bu ölkə ilə də Rusiya ilə də həm qonşu,həm böyük siyasi, həm iqtisadi əlaqələri olan Qazaxıstan Uelsə 1:0 uduzdu.  Sentyabrın 5-də isə Azərbaycan cox irəli gedərək səfərdə İslandiyaya 5:0 hesabıyla məğlub oldu. Yunanıstan da Rusiya ilə çox yaxın müttəfiq olduğundan Şərqə aid edilən  Belarusu 5:1 hesabı ilə məğlub etdi. Amma bundan sonra sentyabrın 6-da qonşu Ermənistan bizi “tək” qoymayaraq Portuqaliyaya 5:0, sentyabrın 7-də isə qardaş Türkiyə də, Qazaxıstan da bizə “dəstək” verib öz vətənlərində biri İspaniyaya, digəri isə Belçikaya 6:0 hesabıyla uduzdu. Daha sonra Azərbaycan kollektiv Qərbin üzvü olan Ukrayna ilə oyunu 1:1 bərabərliklə başa vurdu. Sanki bu bir mesaj idi ki, Azərbaycan orta əsrlərdən bəri hər iki ölkənin yalnız işğalı barədə düşünən və zaman-zaman bunu həyata keçirən, bu gün də davam etdirən(Ukraynaya qarşı) Rusiyadan tamamilə uzaqlaşıb Ukrayna ilə bərabər Qərbin yanında olmalıdır.   Amma sentyabrın 10-da Ermənistan İrlandiyaya 2:1 hesabıyla qalib gəlməklə göstərdi ki, o, Avropaya, Qərbə bizdən daha çox yaxınlaşmağa çalışır...  

Kimsə deyə bilər ki, adı çəkilən oyunları bütövlükdə Qərblə Şərqin oyunu hesab etmək olmaz. Çünki burada Cənubi Koreya, Yaponiya, Çin, Hindistan, İran, Pakistan və s. kimi Asiya ölkələri iştirak etmir. Lakin əvəzində Qərbi təmsil edən ABŞ, Kanada kimi böyük ölkələr də qatılmır. Bütün hallarda adları çəkilən məğlub komandalar həm coğrafi, həm də siyasi baxımdan əsasən Şərqə aid edilən ölkələri təmsil edir... Və sadalanan komandaların oyunları bütövlükdə nəticəsi 24:4 hesabıyla Qərbin qələbəsi deməkdir...

Beləliklə, hələ dünya çempionatı yox, onun seçmə oyunları da göstərir ki, hələ Şərqin başında Çin, Hindistan kimi nəhənglər və artıq Çinin vassalı roluna düşmüş işğalçı Rusiya dayansa da, hələ Şərqin Qərbə qalib gəlməsindən danışmaq mümkün deyil. Ötən yazımızda Azərbaycanın İslandiyaya 5:0 uduzmasına səbəb olan 5 amili sadalamışdıq(burada:):

1. Korrupsiya, xırda və böyük rüşvətxorluq;
2. Qohumbazlıq, tayfabazlıq;
3. Səhlənkarlıq, məsuliyyətsizlik; 
4. Tənbəllik, kefkomluq;
5. Şöhrətpərəstlik, narsislik- özünə vurğunluq...

Həmin amillər Şərqin Qərbə uduzmasına da aiddir.  Bundan əlavə və ən əsası, Pekindəki hərbi paradda Çinlə yanaşı, iştirak edən Şimali Koreya, Rusiya, Hindistan kimi diktaturanın hökm sürdüyü ölkələrdə insan haqlarının amansız şəkildə tapdandığı şəksizdir. Bu mənada həmin paradı diktatorlar paradı da adlandırmaq olar. Əsasən Çinin yiyələndiyi müasir texnologiyaların, eyni zamanda hərbi inkişafın mənbəyi isə XX əsrin əvvəllərində məhz Qərbdə başlamış texniki, texnoloji inqilabdan gəlir.  İnsan haqlarının, ədalətin, qanunların aliliyinin qorunmadığı, baş məşqçi ilə müqayisə etdiyimiz liderlərin öz ölkələrinin insanlarının qayğısına qalmadığı, əksinə, haqlarını tapdadığı bir  məkanda isə hətta texnoloji, iqtisadi inkişaf olsa belə, heç bir tərəqqidən və qələbədən danışmaq doğru deyil...

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri