Icma.az
close
up
RU
Qərbə qarşı çəkindiricilik vasitəsi: Tehran hakimiyyəti nüvə proqramından imtina etmək niyyətində deyil

Qərbə qarşı çəkindiricilik vasitəsi: Tehran hakimiyyəti nüvə proqramından imtina etmək niyyətində deyil

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran nüvə silahı hazırlamaq yolunu tutmalıdır ki, Qərblə bərabər şərtlərlə danışıqlar apara bilsin. Bunu iranlı deputat Məhəmməd Qasım Osmani deyib. 

Deputat bildirib ki, hərbi münaqişədən qaçmaq ağlabatan və məntiqlidir, lakin qlobal təkəbbür bizə başqa seçim qoymadı. Əgər zorakılıqla və həddindən artıq tələblərlə mübarizə aparmaq üçün başqa vasitəmiz yoxdursa, yeganə yol çəkindirici vasitə kimi nüvə silahının yaradılması istiqamətində sürətli addımdır. 


Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İran aprelin doqquzunu milli nüvə texnologiyasına yiyələndiyi gün kimi qeyd edir:


“İran hakimiyyəti üçün nüvə texnologiyası təkcə elmin inkişafı, qeyri-hərbi sahədə tətbiqi sayılmır, eyni zamanda Qərbə, xüsusilə Amerika və İsrailə qarşı çəkindiricilik vasitəsidir. İrana qarşı təzyiqlər də məhz Tehran hakimiyyətinin atdığı addımlara əsaslanır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossinin yaxın vaxtlarda İrana səfəri gözlənilir. Sözügedən səfər zamanı beynəlxalq ictimaiyyəti, ABŞ və İsraili maraqlandıran məsələlərə aydınlıq gətirilə bilər. Ancaq Tehran hakimiyyəti bütün istiqamətlərdə nüvə proqramından imtina etmək niyyətində deyil. Çünki ABŞ və İsrailin İrana tələblərindən biri bütün istiqamətlərdə nüvə proqramından imtina etməsidir. Tehran isə bildirir ki, onlar Liviyanın etdiyi səhvi təkrarlamayacaqlar. Çünki 2003-cü ildə Liviya prezidenti Muəmmər Qəddafi nüvə proqramından imtina etmişdi və nəticə etibarıyla hakimiyyəti ilə bağlı müəyyən hadisələr baş vermişdi. Ona görə də İran hakimiyyəti qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə etmək üçün nüvə proqramından əl çəkmir. Qarşı tərəf isə İranı onların nüvə obyektlərini vurmaqla hədələyir. Fikrimcə, Qərblə İran arasında bu gərginlik uzun müddət davam etməyəcək. Tehran hakimiyyəti məsələ ilə bağlı Qərblə danışıqlara gedəcək. İranın xarici işlər naziri Abbas Araqçı bəyan edib ki, ABŞ ilə danışıqlara hazırdırlar və buna görə qarşı tərəf sanksiyaları yumşaltmalıdır. Digər tərəfdən isə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai söyləyib ki, ehtimal olunan ABŞ İran danışıqlarında vasitəçiliyi Oman edəcək. Ona görə də danışıqlarla bağlı nikbin ehtimallar var. Əgər İran hakimiyyəti nüvə silahı hazırlayarsa, region üçün ciddi təhlükələr yaradar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri