Icma.az
close
up
RU
“Qərbi Azərbaycan əzəli Azərbaycan torpağıdır” müzakirəsi aparıldı

“Qərbi Azərbaycan əzəli Azərbaycan torpağıdır” müzakirəsi aparıldı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda tədbir keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Lənkəran Dövlət Universitetinin (LDU) Qərbi Azərbaycan İcması ilə birgə keçirdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Sonra Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov tədbiri giriş sözü ilə açaraq belə maarifləndirici görüşlərin gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini deyib, Qərbi Azərbaycan İcmasının bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova icmanın çoxşaxəli  fəaliyyətindən ətraflı söz açıb, respublika elm və təhsil nazirliyi ilə birgə orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında keçirilən tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsindəki rolunu xüsusi vurğulayıb, tarixi faktlara, elmi-bədii mənbələrə istinadən Qərbi Azərbaycanın əzəli və əbədi Azərbaycan torpağı olduğunu deyib, o torpaqlara qayıdışın çox da uzaq tarix olmayacağına inamını ifadə edib.

Tədbirdə həmçinin Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Hilal Salmanov, Rövşən Ağayev çıxış edərək Qərbi Azərbaycan İcmasının təmsil etdikləri qurumla birgə həyata keçirdiyi layihə çərçivəsində görülən işlərdən, maarifləndirici tədbirlərdən söz açıblar.

Lənkəran Dövlət Universitetinin Elmi katibi dos. Allahşükür Quliyev çıxışında tədbir iştirakçılarını LDU Elmi şurasının qərarı ilə tanış edib. Bildirib ki,  Elmi şuranın qərarına əsasən Lənkəran Dövlət Universitetində “Qərbi Azərbaycan irsinin tədqiqi və təlimi” mərkəzinin yaradılması vacib hesab edilib.

İnteraktiv formatda davam edən tədbirdə tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Qərbi Azərbaycan İcmasının dəstəyi ilə çap olunmuş xeyli sayda bədii və elmi ədəbiyyat universitetin Elmi  kitabxanasına hədiyyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2026 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri