Icma.az
close
up
RU
“Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” elektron məlumat bazası hazırlanıb

“Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” elektron məlumat bazası hazırlanıb

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” elektron məlumat bazası istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, bazada “Rəsmi sənədlər”, “İrəvan xanlığının tarixi”, “Qərbi Azərbaycanın tarixi coğrafiyası və etnik tərkibi”, “Xəritələr” kimi bölmələrlə yanaşı, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri Cəbi Bəhrəmovun “Qərbi Azərbaycan torpaqlarının ermənilərə güzəşt edilməsi”, Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycan həqiqətlərini bədii əsərlərə daşımalıyıq”, BDU-nun kafedra müdiri professor İradə Hüseynovanın “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir”, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması” başlıqlı məqalələrinin tam mətni də yer alır.

Elektron məlumat bazasında Qərbi Azərbaycan İcması, icmanın inzibati binasının açılışı zamanı söylənilən nitqlərin tam mətni, Qərbi Azərbaycana, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasına, Qərbi Azərbaycanın ədəbiyyatına və mədəniyyətinə dair nəşr edilən kitab, məcmuə və məqalələrin siyahıları təqdim edilir. Bazada “İrəvan Dövlət Azərbaycan Dram Teatrı”, “Qərbi Azərbaycan toponimləri”, “Qərbi Azərbaycan abidələri” “İzonəşrlər, xəritə və atlaslar”, “Dissertasiya və avtoreferatlar”, “Elektron resurslar”, “Foto və video qalereya” kimi bölmələr də mövcuddur.

“Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat.html yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Noyabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see199

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see184

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see172

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see147

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see145

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see137

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see137

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see135

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see134

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see131

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see130

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see130

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see129

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see128

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see118

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see118

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see117

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see117

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see116

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri