Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib SİYAHI
Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Əliyev Fikrət Əhmədəli oğlu “Şöhrət” ordeni ilə, Seyidzadə Dilarə Bağır qızı və Şadlinski Vaqif Bilas oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Həsən Zal oğlu Həsənova isə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 05 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















