Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasının ilk xarici ofisi qardaş Türkiyədə açılıb

Qərbi Azərbaycan İcmasının ilk xarici ofisi qardaş Türkiyədə açılıb

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

İzmir şəhərində Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə ofisinin açılışı olub.SİA xəbər verir ki, Türkiyənin dövlət rəsmilərinin, vilayət rəhbərliyinin, ziyalıların və İzmirdə yaşayan azərbaycanlıların iştirakı ilə təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.Tədbirdə çıxışı edən QAİ Türkiyə təmsilçisi Asif Qurban bunun icmanın Azərbaycandan kənarda açılan ilk ofisi olduğunu bildirib və Türkiyədə sayı təxminən 1,5 milyon nəfər olan Qərbi Azərbaycan əsilli şəxsləri ətrafında birləşdirmək, bu insanların tarixi vətənlərinə ləyaqətli qayıdış hüququnu təşviq etmək məqsədi daşıdığını deyib. O, yeni yaradılan ofisin qarşısında duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan akademik konfranslar, simpoziumlar və digər fəaliyyət istiqamətləri barədə məlumat verib.Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov XIX əsrdə çar Rusiyası tərəfindən Azərbaycana qarşı aparılan demoqrafiyanın dəyişdirilməsi siyasəti haqqında geniş məlumat verib, bunun davamında XX əsrdə Ermənistanın məqsədyönlü siyasəti ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın doğma yurdlarından didərgin salındığını vurğulayıb. Səfir, bir sıra dövlətlərin Azərbaycana qarşı siyasətində önə çıxan ikili standartlara diqqət çəkərək, Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtması hüququna etinasız yanaşmanın yolverilməz olduğunu qeyd edib. O, Ümummilli Lider Heydər Əliyevin anım günü kimi önəmli bir tarixdə açılışı həyata keçirilən QAİ-nin Türkiyə təmsilçiliyinin Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında fəal rol oynayacağına ümidvar olduğunu deyib.Qeyd edək ki, QAİ Türkiyə ofisinin rəhbəri, əslən Qərbi Azərbaycanın Hamamlı mahalının Saral kəndindən olan Asif Qurban 31 ildir ki, İzmirdə yaşayır və bir çox qeyri-hökumət təşkilatlarına rəhbərlik edib.Nümayəndəliyin fəaliyyət istiqamətləri arasında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq, ardıcıl şəkildə Qərbi Azərbaycandan deportasiya olunan 300 mindən çox soydaşımızın beynəlxalq səviyyədə haqq və hüquqlarının bərpa olunması istiqamətində beynəlxalq təşkilatlarla iş sistemini gücləndirmək kimi məsələlər yer alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri