Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qərbi Azərbaycan sədası Göygöldə Fotolar

Qərbi Azərbaycan sədası Göygöldə Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İyunun 22-si Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayonunun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində “Qərbi Azərbaycan İrsi – Tarixi Köklərə Qayıdış” festivalı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, elm və mədəniyyət xadimləri, şəhid ailələri, qazilər, gənclər və çoxsaylı sakinlər iştirak ediblər.

Festival iştirakçıları əvvəlcə Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir qonaqların festival ərazisində təşkil olunmuş sərgi guşələri ilə tanışlığı ilə davam etdirilib. Sərgilərdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və etnoqrafiyasını əks etdirən fotoşəkillər, rəsm əsərləri, kitablar, əl işləri və digər eksponatlar nümayiş etdirilib. Həmçinin “İrəvan” İdman Klubunun idmançılarının nümunəvi çıxışları iştirakçılar tərəfindən maraqla izlənilib.

Festivalın rəsmi hissəsi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Festivalın rəsmi hissəsində tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlər təkcə mədəniyyət tədbiri deyil, həm də xalqımızın tarixi yaddaşına, mənəvi köklərinə və zəngin irsinə ehtiramın ifadəsidir. Qeyd olunub ki, Qərbi Azərbaycan əsrlər boyu Azərbaycan xalqının yaşadığı, yaratdığı və mədəniyyətini formalaşdırdığı qədim yurd yerlərindən biridir. Bu torpaqlarda xalqımızın maddi və mənəvi irsi, folkloru, aşıq sənəti, memarlıq nümunələri və milli adət-ənənələri formalaşıb.

Vüqar Novruzov vurğulayıb ki, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi milli kimliyin və mənəvi dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. O, Ulu Öndər Heydər Əliyevin xalqın tarixi yaddaşının qorunmasına daim xüsusi önəm verdiyini, bu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Qərbi Azərbaycana Qayıdış Konsepsiyası tarixi ədalətin bərpasına, soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə müdafiəsinə və milli həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir. O həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin xalqımızın birliyini və gücünü bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının fəaliyyəti, qarşıya qoyulan məqsədlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcması deportasiyalara və etnik təmizləməyə məruz qalmış milyonlarla soydaşımızı və onların varislərini birləşdirən təşkilatdır. İcmanın əsas məqsədi həmin insanların öz doğma torpaqlarına, ata-baba yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir.İcma sədri qeyd edib ki, Prezident İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında etdiyi tarixi çıxış soydaşlarımızın qayıdış hüququna dövlət səviyyəsində verilən ən mühüm siyasi dəstək olmaqla yanaşı, insanların öz yurdlarına qayıdacaqlarına inamını daha da gücləndirib.

Əziz Ələkbərli çıxışında İcmanın beynəlxalq fəaliyyəti barədə də məlumat verərək bildirib ki, müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə yüzlərlə müraciət ünvanlanıb, İcmanın bir sıra sənədləri BMT-nin rəsmi sənədləri kimi yayılıb, xarici diplomatlar və beynəlxalq nümayəndələrlə çoxsaylı görüşlər keçirilib. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış ideyasının təməli hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin Qərbi Azərbaycan mənşəli görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi barədə qərarları, İrəvan Azərbaycan Dövlət Dram Teatrına göstərdiyi diqqət və digər addımları bu istiqamətdə mühüm siyasi mesajlar olub.

Əziz Ələkbərli qeyd edib ki, bu gün Qərbi Azərbaycana Qayıdış məsələsi ümummilli məsələyə çevrilib və xalq tərəfindən böyük dəstək qazanıb. O vurğulayıb ki, regionda davamlı sülhün təmin olunmasının vacib şərtlərindən biri Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışının təmin edilməsidir.

Çıxışının sonunda Əziz Ələkbərli gələcəkdə bu cür festivalların Qərbi Azərbaycanın tarixi bölgələrində – Göyçədə, Dərələyəzdə, Zəngəzurda və digər ata-baba yurdlarımızda keçirilməsi arzusunu ifadə edib.

Daha sonra Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Rəsmi hissədə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, İcmanın İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Milli Məclisin deputatları Kamran Bayramov və Elşad Musayev, tibb üzrə fəlsəfə doktoru, publisist Abbas Bağırov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Qərb bölgəsi üzrə nümayəndəsi Zəfər Qurbanov çıxış edərək Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması, milli yaddaşın yaşadılması və soydaşlarımızın öz tarixi torpaqlarına qayıdış hüququ ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Qərbi Azərbaycan İcmasına yeni üzv qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Daha sonra Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən Qərbi Azərbaycan İcmasına xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd Qərbi Azərbaycanın zəngin tarixi irsini, milli-mənəvi dəyərlərini və yurd yaddaşını yaşatmaq, bu irsi gələcək nəsillərə çatdırmaq, eyni zamanda Qərbi Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasına töhfə verməkdir. Fedtivalın bədii hissəsində iştirakçılar Qərbi Azərbaycanın müxtəlif mahallarını əks etdirən guşələrlə tanış olublar. Ayrı-ayrı mahalları əks etdirən çadırlarda milli adət-ənənələr, folklor nümunələri, qədim sənətkarlıq ənənələri nümayiş etdirilib, aşıq havaları və zurna sədaları səsləndirilib.

Festival “Yurdun səsi” adlı geniş konsert proqramı ilə davam edib. Konsertdə milli musiqilər, aşıq sənəti nümunələri və xalq rəqsləri təqdim olunub.

Tədbir xatirə şəkillərinin çəkilməsi və iştirakçıların festival barədə təəssüratlarını bölüşməsi ilə başa çatıb.










Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyun 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri