Icma.az
close
up
RU
Göygöldə Qərbi Azərbaycan irsi araşdırıldı FOTO

Göygöldə Qərbi Azərbaycan irsi araşdırıldı FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Göygöl rayonunda  “Qərbi Azərbaycan irsi - Tarixi köklərə qayıdış” festivalı keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, festival rayonunun Yeni Zod kəndində qurulan “Xan Yurdu” etno qəsəbəsində düzənlənib.
Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə festival iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar. Sonra stendlərə və səhnəciklərə baxış keçirilib.
 

Tədbir çərçivəsində çıxış edənlər Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından bu kimi tədbirlərin vacibliyi  vurğulanıb.  Çıxış edənlər belə festivalların xalqımızın qədim köklərinə bağlılığını nümayiş etdirməklə yanaşı, milli yaddaşın yaşadılmasına, adət-ənənələrin təbliğinə və gənc nəslin tarixi həqiqətlər barədə məlumatlandırılmasında mühüm rol oynadığını söyləyiblər.


Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli vurğulayıb ki, Göygöldə təşkil olunan festival milli mədəniyyətimizin, qədim adət-ənənələrimizin dirçəldilməsi və Azərbaycanın zəngin mədəni irsinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir.
İcma sədri  tariximizin və milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanmasında həmçinin xalqımızın mədəni kimliyinin təbliği istiqamətində keçirilən bu cür tədbirlərin  vacibliyini qeyd edib.  Əziz Ələkbərli rəngarəngliyi ilə seçilən bu növ festivalların coğrafiyasının genişləndiriləcəyini və bundan sonra da ölkəmizin müxtəlif bölgələrində davamlı olaraq keçiriləcəyini diqqətə çatdırıb.
 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Zəfər Qurbanov çıxışında festivalın ideoloji əhəmiyyətini, bu cür genişmiqyaslı mədəni layihələrin reallaşdırılmasında əsas məqsədin Qərbi Azərbaycanın qədim irsini, mədəniyyətini və zəngin tarixini gələcək nəsillərə ötürmək, xüsusilə də gənclərin tarixi yaddaşını hər zaman canlandırılması xüsusi qeyd edib:


“Bu gün hər birimizin qəlbi böyük bir tarixi qayıdışın ümidi və inamı ilə döyünür. Dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli mübarizə sayəsində bütün soydaşlarımızın yaxın zamanda öz doğma yurd-yuvalarına qovuşacağına, qədim torpaqlarımızda yenidən bərəkətli və firavan həyatın bərqərar olacağına inamımız tamdır”, - deyə Z. Qurbanov əlavə edib.
Tədbir zamanı Qərbi Azərbaycanın mədəniyyəti, irsinin və folkloru bir daha nümayiş olunub.












Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 İyun 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri