Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: 1988ci ildə bizi avtomaşınlara doldurub Araz çayının sahilinə gətirdilər

Qərbi Azərbaycan Xronikası: 1988ci ildə bizi avtomaşınlara doldurub Araz çayının sahilinə gətirdilər

Report.az saytına istinadən Icma.az xəbər verir.

"Baku TV"-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Həyat yoldaşım bizə plastik çadırlardan ev düzəltdi” adlı veriliş əslən Vedibasar mahalının, Vedi rayonunun Şirazlı kənd sakini Simuzər Əhmədovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərinin yaylaqlarda keçdiyini, o vaxt azərbaycanlı və erməni ailələrin mehriban qonşuluq şəraitində yaşadığını söyləyib: “Günlərimiz yaylaqlarda keçib. Novruz bayramında qızlarla bulağa gedərdik, tonqal yandırardıq, papaqatdı oynayardıq, qapı pusardıq. Kənddə məktəbə ermənilərlə bir yerdə gedib-gəlmişik. Bir-birimizin evlərinə gedib-gəlir, bayramları birgə qeyd edirdik”.

S.Əhmədovanın sözlərinə görə, sonralar ermənilər camaatı yığaraq, Vedi rayonuna aparıb, işgəncələr veriblər: “O vaxtdan bizimlə dolanmırdılar. 1941-ci ildə nənəmin yoldaşını, babamı ermənilər öldürüblər. 1985-ci ildə ermənilər təxribat törədirdilər. Traktorun qoşqusuna daş yığıb, benzin, dizel yanacağı dolu butulkaları yandırıb evlərə, ot tayalarına atırdılar”.

Şirazlı sakini kəndi necə tərk etmələrindən də danışıb: “1988-ci il idi. Qonşumuz həyat yoldaşıma dedi ki, uşaqları buradan tez çıxar. Erməni qonşumuz gecə ilə uşaqları, qadınları aparıb zirzəmiyə doldurdu ki, bizə dəyməsinlər. Səhərə kimi qonşunun zirzəmisində döşəmənin üstündə qaldıq. Səhərə yaxın üstü çadırlı avtomaşınlar gəldi. Ruslar idi. Bizi maşınlara yığıb Şiddi kəndinə aparıb, Araz çayının qırağına tökdülər. Orada erməni yox idi, hamısı azərbaycanlı idi. Getdiyimiz yer Azərbaycan kəndi idi. Helikopterlə yemək gətirdilər. Yayın istisində uşaqlar pis vəziyyətə düşdülər. Həyat yoldaşım çox çətinliklə bizi gecə ikən oradan Azərbaycana, İmişli rayonuna apardı. Atam evi dəyişəndən sonra Goranboya getdik. Həyat yoldaşım evimizi dəyişəndən sonra Bakıya gəldik”.

Həyat yoldaşı şəhid olan və üç uşaqla qalan S.Əhmədova bu gün doğma yurdunun həsrəti ilə yaşadığını deyib: “Vətən həsrəti ilə yaşayıram. Ata-babamızın qəbirləri, ocaqlarımız, abidələrimiz oradadır. İnşallah, qayıdanda evimizə, alma, ərik, üzüm bağlarımıza gedəcəyəm. Atam o evləri nə əzab-əziyyətlə tikib, çox əziyyətlər çəkmişik. Uşaqlıq, məktəb illərim orada keçib. Mütləq qayıdacağıq. İnsan nə qədər danışsa da, oranın həsrəti bitmir”.

Qeyd edək ki, həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Yanvar 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri