Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Qərbi Azərbaycan Xronikası: Almatı Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?

Qərbi Azərbaycan Xronikası: Almatı Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Əliyevin BMT-dəki çıxışı Paşinyanı niyə narahat etdi?" adlı süjetdə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərin Cənubi Qafqazın və dünyanın gələcəyi baxımından əhəmiyyətindən bəhs olunur.

Bildirilir ki, 2020-ci ilə qədər BMT tribunasına üç dəfə çıxaraq erməni işğalına son qoyulması çağırışları edən Prezident İlham Əliyev nəhayət, bu il sentyabrın 25-də tribunaya ədaləti bərpa edən lider kimi çıxdı və dünyaya xitab etdi. Azərbaycan Prezidenti beynəlxalq hüququ təmin edən, dünyaya ədalətin sonda zəfər çaldığı inamını qaytaran lider kimi danışdı, qlobal çağırışlarla bağlı önəmli mesajlar verdi və dünyanın üzləşdiyi problemlərin həll yollarını təqdim etdi.

Qeyd olunur ki, BMT-də çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan isə daha çox Bakı-İrəvan arasındakı sülh danışıqlarından, Almatı Bəyannaməsindən bəhs etdi. Məlumdur ki, Ermənistan adlanan dövlətin yerləşdiyi mövcud ərazilər Qərbi Azərbaycan torpağıdır və 1920-ci illərdə ermənilərə verilib: "44 günlük müharibədən sonra Qərbi Azərbaycan məsələsi xüsusilə aktuallaşdı, eləcə də öz yurdlarından deportasiya olunmuş soydaşlarımızın geri qayıtması gündəmə gəldi. Bu məsələlər Bakı-İrəvan sülh danışıqlarının kompenentlərindən biridir. Ermənistan rəhbərliyinin hansısa narahatlığı heç nəyi dəyişmir. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında istədiyinə nail olub, azərbaycanlıların geri qayıtmasında hədəflərinə çatacaq".

Paşinyanın BMT-dəki çıxışını tənqid edən İrəvan Dövlət Universitetinin "Avropa Araşdırmaları Mərkəzi"nin rəhbəri Vladimir Martirosyanın sözlərinə görə, Paşinyanın siyasəti davam edəcəksə, Ermənistanın mövcud olma müddəti 10 ildir.

"Hetq.am" saytındakı məqalədə bildirilir ki, Ermənistan heç bir müqavimət göstərməyəcək və azərbaycanlılar geri qayıdacaq: "Bu gedişlə Ermənistan 20-25 ilə yoxa çıxacaq".

Sonda vurğulanır ki, rəsmi Bakının Qərbi azərbaycanlılarla bağlı tələbləri dəyişməyib: "Regionda davamlı sülhün əldə edilməsi üçün bütün problemlər, o cümlədən, azərbaycanlıların qayıdışı məsələsi həll edilməlidir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: Almatı Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Oktyabr 2025 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see219

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see140

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri