Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: “Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir“

Qərbi Azərbaycan Xronikası: “Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun budəfəki müsahibi Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov olub. O, təmsil etdiyi İcmanın 2025-ci ildəki fəaliyyətindən, o cümlədən ölkə daxilində və xaricdə həyata keçirilən tədbirlərdən söhbət açıb.

Qərbi Azərbaycan həqiqətlərinin geniş təbliğ olunduğunu diqqətə çatdıran müsahib indiyə qədər İcma tərəfindən 329 bəyanat səsləndirildiyini vurğulayıb. Qeyd edib ki, görülən işlər çərçivəsində "Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar" kitabının birinci cildi hazırlanıb, cari ilin iyun ayında təqdimat mərasimi keçirilib. Bu vəsaitdə indiki Ermənistan ərazisində soydaşlarımıza məxsus 700-dən artıq məzarlığın tədqiqi əksini tapıb. Həmin məzarlıqların indiki acınacaqlı halı, vandalizmə məruz qalması konkret faktlarla geniş auditoriyaya çatdırılıb. Bu sanballı tədqiqat əsərinin Azərbaycanın bütün rayonlarında, eləcə də xaricdə təbliğinə start verilib.

Q.Qasımov Qərbi Azərbaycan İcması təmsilçilərinin, həmçinin Azərbaycanın rəsmi şəxslərinin iştirakı ilə 2025-ci ildə İordaniya, Qambiya, Türkiyə, İsveçrə və sair ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə Qərbi Azərbaycan məsələsinin gündəmə gətirildiyini, Avropanın paytaxt şəhərlərində, siyasi mərkəzlərində soydaşlarımızın hüquqlarının təmin olunmasına dair müzakirələrin təşkil olunduğunu söyləyib. O deyib ki, beynəlxalq ictimaiyyət Qərbi Azərbaycanın əzəli sakinlərinin qayıdış hüququnu birmənalı dəstəkləyir. Çünki bu, beynəlxalq hüququn tələbidir. Təəssüf ki, Ermənistan tərəfindən indiyə qədər bu hüququn təmin olunmaması soydaşlarımıza qarşı törədilən cinayətlərin davamlılığını ortaya qoyur.

Müsahib bildirib ki, bölgədə dayanıqlı sülhün əsas təminatı birgəyaşayışa nail olmaqdır. Ona görə də Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcmasının çağırışlarına cavab verməli, soydaşlarımızın geriyə qayıtma hüququnu tanımalıdır. Aparat rəhbərinin qənaətincə, rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir. Əgər Ermənistan cəmiyyətində hökm sürən revanşist əhvali-ruhiyyə davam edərsə, İrəvan Vaşinqtonda imzalanan sazişdən, ümumən sülhdən qaçarsa, o zaman bu ölkə daha böyük faciələrlə üzləşəcək.

Q.Qasımov qeyd edib ki, Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasına uyğun olaraq fəaliyyətini bundan sonra da davam etdirəcək, soydaşlarımızın geriyə qayıtmaq hüququ uğrunda mübarizə aparacaq. Onun sözlərinə görə, qayıdış hüququ heç bir halda ərazi iddiası kimi qəbul edilməməlidir, soydaşlarımızın qayıdış hüququ inkar oluna bilməz. O, cari ilin dekabr ayında Qərbi Azərbaycan məsələsinə dair ölkəmizdə sayca üçüncü beynəlxalq konfransın təşkil olunacağını da diqqətə çatdırıb. Bildirib ki, bu cür beynəlxalq konfranslar geriyə qayıdış hüququnun müzakirə olunduğu mühüm platforma, həqiqətlərimizin dünyaya çatdırılması üçün əlverişli imkandır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri