Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Türk yurdu necə Vernaşen, Barsravan, Ardzvaşen, Akunk oldu?

Qərbi Azərbaycan Xronikası: Türk yurdu necə Vernaşen, Barsravan, Ardzvaşen, Akunk oldu?

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Türk yurdu necə Vernaşen, Barsravan, Ardzvaşen, Akunk oldu?" adlı süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Başkənd toponimi haqqında söz açılır.

Bildirilir ki, tarixən azərbaycanlıların yığcam yaşadığı Qərbi Azərbaycan adlı coğrafi məkanda tarixi yurdlarımızın izinin itirilməsi erməni millətçilərin məkrli siyasətinin əsasını təşkil edib.

Başkənd - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda kənd olub. 1897-ci ildən burada yaşayan azərbaycanlılar 1928-1929-cu illərdə kənddən köçürülüblər. 1946-cı ildə adı dəyişdirilib Vernaşen qoyulub.

Başkənd - Zəngəzur mahalının Sisyan rayonunda kənd adıdır. Türkmənçay müqaviləsindən sonra İranın Xoy və Səlmas vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilib. Kəndin adı əvvəlcə Məzrə, sonra 1946-cı ildə dəyişdirilib Barsravan qoyulub.

Başkənd - Göyçə mahalının Çəmbərək, sonra Krasnoselo adlandırılan rayonda kənd olub. Gədəbəy rayonu ərazisində yerləşir. Bura ermənilər 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan gəliblər. 1978-ci ildə adı dəyişdirilib Ardzvaşen, yəni Qartalkənd qoyulub.

Başkənd - Qırxbulaq mahalının Ellər, sonralar Kotayk/Abovyan adlandırılan rayonda kənd adıdır. Adı tarixi mənbələrdə Başköy və Başkənd kimi qeyd edilib. Kəndə 1829-cu ildə İranın Salmas və Xoy vilayətlərindən ermənilər köçürülüb. Azərbaycanlılar 1905-1906-cı illərdə qovulublar. 1946-cı ildə adı dəyişdirilib Akunk qoyulub.

Başkənd - Çəmbərək/Krasnoselo rayon ilə Gədəbəy rayonunun sərhədində, Keçəldağ silsiləsində yerləşən aşırım adıdır.

Sonda vurğulanır ki, qədim türk-oğuz yurdlarının izini silmək üçün müxtəlif hiylələrə əl atan ermənilər XX əsrdə azərbaycanlıları Qərbi Azərbaycandan soyqırımı törədərək köçürməklə özlərini sanki məqsədlərinə çatmış kimi hiss ediblər: "Təbii ki, bu istək əbədi deyil və doğma yurdlara qayıdış qaçılmaz reallıqdır".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlərdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Yanvar 2026 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri