Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Türklərin qədim yazıları bilərəkdən dağıdılıb

Qərbi Azərbaycan Xronikası: Türklərin qədim yazıları bilərəkdən dağıdılıb

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Qədim türklər tarixi yaradıb, onu yazmayıblar" adlı veriliş hazırlanıb.

Verilişdə tarix elmləri doktoru, professor Abbas Seyidov şumer və türklərin qədim yazılarından danışıb.

O bildirib ki, qədim türklər tarixi yazmayıblar, onu yaradıblar: "Türklərin qədim yazıları bilərəkdən dağıdılıb. Rus əsgərləri qədim türk abidəsini gülləbaran etdilər. Türklərin yerinə gələn xalqlar onlar haqqında mənfi rəy yaradıblar. Şumerlərin türk mənşəli olduğunu sübut edən dəlillər var. Şumer yazısını ancaq türk dilini bilən oxuya bilər".

Onun sözlərinə görə, Azərbaycanın böyük mədəniyyət mərkəzi Qərbi və Cənubi Azərbaycan olub: "Azərbaycanda ilk türk dövləti Arattadır. Azərbaycan dövləti eradan əvvəl 3-cü minillikdə qurulub. Quti və Lullubi Azərbaycan dövlətləridir. Azərbaycanda yaranan ilk mərkəzləşmiş dövlət Mannadır. Mannalılar eyni millət odluğu üçün skiflərlə ittifaq bağlayıb".

Tarixçi deyib ki, qassilər türk tayfası olub, dövlət qurublar və Qassi dövləti süqutdan min il sonra Kaspi dövləti adı ilə yenidən yaradılıb.

A.Seyidov Bosniyada tapılan mühüm fərmandan danışıb, amerikalı bankir və iş adamı Devid Rokfellerin ölümündən qabaq türklərlə bağlı dəhşətli etiraflarından söz açıb: "Rokfeller deyib ki, biz türk adını silmək üçün şumerlərin tarixini saxtalaşdırdıq. Türk sivilizasiyasını kiçiltmək üçün antik yunan və Misiri qabartdıq".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Türklərin qədim yazıları bilərəkdən dağıdılıb"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyun 2025 02:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri