Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Zəngəzur dəhlizinə nəzarət uğrunda böyük savaş gedir Xəbər saytı Son xəbərlər və Hadisələr

Qərbi Azərbaycan Xronikası: Zəngəzur dəhlizinə nəzarət uğrunda böyük savaş gedir Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə olub. O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün görülən işlərdən, atılan addımlardan, keçirilən görüşlərdən söhbət açıb. Bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan, kapitulyasiya aktına imza atan işğalçı Ermənistan dövləti Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Millət vəkilinin sözlərinə görə, Ermənistan öz konstitusiyasında, digər hüquqi və siyasi aktlarda Azərbaycana, eyni zamanda Türkiyəyə qarşı yer alan ərazi iddialarından əl çəkmir, həmin sənədlərdə müvafiq dəyişikliyin edilməsini yubadır. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması prosesinə də süni əngəllər törədir. O, hazırda bu dəhlizə nəzarət uğrunda böyük savaş getdiyini vurğulayıb. Deyib ki, bütün bu reallıqlar fonunda Ermənistanla sülh sazişinin imzalanması qeyri-mümkündür.

AMİP sədri Azərbaycanın 4 kəndinin hələ də Ermənistan işğalı altında olduğuna diqqət çəkib. Söyləyib ki, Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara, eləcə də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndləri Azərbaycana geri qaytarılmalıdır. A.Əlizadə Ermənistan tərəfinin, eləcə də onların Qərbdəki havadarlarının köçkünlük problemi və qayıdışdan danışarkən bu hüququ müstəsna olaraq ermənilərə şamil etmələrinə də münasibət bildirib. Qeyd edib ki, ötən əsrdə bir milyondan çox soydaşımız öz ata-baba yurdundan deportasiya olunub, qaçqınlıq, didərginlik həyatı yaşamağa məhkum olunub.

Deputatın qənaətincə, Qərbi Azərbaycandan zorla qovulmuş, etnik təmizləməyə məruz qalmış soydaşlarımızın da geriyə qayıtmaq hüququ beynəlxalq təsisatlar, dünya dövlətləri tərəfindən tanınmalıdır. Bununla yanaşı, partiya sədri SSRİ dövründə 20 min kvadrat kilometr Azərbaycan ərazisinin qanunsuz olaraq Ermənistana verildiyini xatırladıb. Bildirib ki, 1918-1920-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, indiki müstəqil və müasir Azərbaycanın ərazisi 114 min kvadrat kilometr olmalı idi.

Deputat A.Əlizadə məktəbli illərində tətillərini Qərbi Azərbaycanda keçirdiyini də dilə gətirib. Söyləyib ki, Çəmbərək rayonunun Toxluca kəndində, Göyçə gölü ətrafında yaşadığı xoşbəxt günləri daim xatırlayır. AMİP sədri Qərbi Azərbaycana qayıdış ideyasına siyasi təşkilat olaraq verdikləri dəstəkdən də danışıb. Deyib ki, Qarabağa qayıtdığımız kimi, gec-tez Qərbi Azərbaycana da qayıdacağıq. O, bu ideyanın gerçəkləşməsi üçün həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasını, beynəlxalq məhkəmədə Ermənistana qarşı çox böyük təzminat davası açılmasını zəruri sayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Dekabr 2024 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri