Icma.az
close
up
RU
Qərbi Azərbaycana QAYIDIŞ: “Bu tələbin yayılması işin böyük bir hissəsidir” Yeni Çağ Media

Qərbi Azərbaycana QAYIDIŞ: “Bu tələbin yayılması işin böyük bir hissəsidir” Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

“Azərbaycanın səsi, tələbi və istəyinin dünyaya yayılması o deməkdir ki, artıq biz qüdrətli dövlətik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında əslən Qərbi Azərbaycandan olan Xalq şairi Vahid Əziz deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciəti və konfransın yekun sənədinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yaymasına münasibət bildirib:

“İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə dünya dövlətləri sırasına çıxıb, dünyanın qüdrətli dövlətləri sırasında dayanır. Azərbaycanda COP 29-un keçirilməsi bir daha onu sübut etdi ki, Azərbaycanla hesablaşırlar, Azərbaycana inanırlar”.

“Mən həmişə fikirləşirdim ki, dünyada niyə bu təlatümlər baş verir? Çünki dünya ağsaqqalsız qalıb. Dünyanın ağsaqqal nəhəngləri ölüb getdilər. Amma bu gün yaşca xeyli onlardan cavan olan İlham Əliyev dünya ağsaqqallar sırasına çıxıb. Mən və xalqımız bununla qürur duyur. Çünki onun sözünü eşidirlər, sayıb-seçirlər. BMT sıradan bir təşkilat deyil, bütün dünya dövlətlərini təmsil edir. Azərbaycanın səsi, tələbi və istəyinin dünyaya yayılması o deməkdir ki, artıq Azərbaycan qüdrətli dövlətdir. Bir var, özümüz deyək, özümüz eşidək, bir də var, bunu BMT desin və oradan eşitsinlər. Buna görə fəxr edirəm və hər bir azərbaycanlı qürur duymalıdır ki, bizim belə qüdrətli dövlətimiz və dövlət başçımız var. Bu çağırışın, bu tələbin yayılması işin böyük bir hissəsidir. Bundan sonra ən böyük yük xarici ölkələrdəki səfirliklərin və Diaspora Komitəsinin üzərinə düşür.

Bu gün biz dünya ictimaiyyətini inandırmalıyıq ki, doğrudan da bizi Qərbi Azərbaycandan qovublar və biz doğma torpaqlarımıza qayıtmalıyıq. Necə ki erməni təbliğatı saxtakarcasına inandırmağa çalışır ki, o torpaqlar ermənilərindir. Biz də dünya birliyinə sübutlarla inandırmalıyıq ki, o yerlərdən zorla, silah gücünə qovulmuşuq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Cəvahir

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri