Qərbi Azərbaycandan olan 103 yaşlı Fatma İsmayılovanın ailəsi bayram günündə ziyarət edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 iyun, AZƏRTAC
Xeyirxahlığın, bolluq və bərəkətin, paylaşmanın rəmzi olan müqəddəs Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.
ÀZƏRTAC xəbər verir ki, ölkəmizin hər yerində qurbanlar kəsilir, yaşlı və ehtiyacı olanlara bayram payı verilir. Belə humanitar addımlardan biri də Nərimanov rayonunda reallaşdırılıb.
Müqəddəs Qurban bayramı münasibətilə əslən Qərbi Azərbaycandan olan 103 yaşlı Fatma İsmayılovanın ailəsi ziyarət olunub, qurban payı təqdim edilib.
Qərbi Azərbaycan İcmasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevin sözlərinə görə, Nərimanov rayonu Qərbi azərbaycanlıların ən çox məskunlaşdığı ərazilərdəndir. Rayon təşkilatı ərazidə yaşayan ahıl və yaşlı sakinlərdən diqqət və qayğısını əsirgəmir, əlamətdar günlərdə onların evlərinə baş çəkir, problemləri ilə maraqlanır.

