Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların geri qayıdış hüququ və... “BUNLAR TAMAM FƏRQLİ MƏSƏLƏLƏRDİR”

Qərbi azərbaycanlıların geri qayıdış hüququ və... “BUNLAR TAMAM FƏRQLİ MƏSƏLƏLƏRDİR”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kamal CƏFƏROV, millət vəkili

Vaşinqton görüşündən dərhal sonra erməni mətbuatında və ardınca eyni tezis əsasında yerli sosial şəbəkələrdə Qərbi Azərbaycan İcmasının fəaliyyətinin dayandırılması ilə bağlı iddialar səsləndirildi. Əsas arqument kimi də ermənilərin Qarabağa qayıdışı məsələsi ilə azərbaycanlıların Ermənistana qayıdış hüququnun bərabər tutularaq sülh gündəliyinin əleyhinə olan proses kimi təqdim edilməsi oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtonda imzaladığı Birgə Bəyannamə sülh diplomatiyasının və onun müdrik liderliyinin təntənəsi olmaqla yanaşı, Qərbi azərbaycanlıların geri qayıdış hüququ ilə bağlı atılmış mühüm və strateji addımlardan biridir. Həm Birgə Bəyannamə, həm də gələcək sülh müqaviləsi Azərbaycan və Ermənistan arasında münasibətlərin yeni formatını – qarşılıqlı maraqlar əsasında praktiki qonşuluq prinsipini formalaşdırmaqla bizim geri qayıdış hüququmuzun reallaşması üçün yeni imkanlar yaratmaqdadır.

Digər tərəfdən, “ermənilərin Qarabağa qayıdışı” məsələsi ilə azərbaycanlıların Ermənistana qayıdış hüququ eyni xarakterli məsələ deyil. Ermənistan son illərdə “ermənilərin Qarabağa qayıdış hüququ” ifadəsini gündəmə gətirərək onu Qərbi Azərbaycan məsələsi ilə eyniləşdirməyə çalışsa da, beynəlxalq hüququn əsas prinsipləri baxımından bu iki hadisə kəskin şəkildə fərqlənir.

Birincisi, Qərbi Azərbaycanlılar Ermənistan ərazisinin yerli və aborigen əhalisi olmuş, əsrlər boyu həmin torpaqlarda yaşayaraq öz mədəni irsini yaratmışdır. Onların deportasiyası müharibə şəraitində deyil, sülh dövründə həyata keçirilmiş və tam şəkildə etnik təmizləmə xarakteri daşımışdır. Ermənilərin Qarabağdan çıxışı isə 2023-cü ildə Azərbaycanın suveren ərazisində qanunsuz silahlı birləşmələrin ləğvi və dövlətin ərazi bütövlüyünün bərpası çərçivəsində baş vermişdir.

Bu proses beynəlxalq hüquq normalarına uyğun olaraq humanitar dəhliz vasitəsilə təmin edilmiş, könüllü xarakter daşımış və heç bir halda məcburi deportasiya kimi qiymətləndirilə bilməz. Bunu sübut edən təkzibolunmaz video faktlar və hesabatlar var. 

İkincisi, Qərbi azərbaycanlıların qayıdışı beynəlxalq humanitar hüquq normalarına, xüsusilə Cenevrə Konvensiyası və Roma Statutunun müddəalarına əsaslanır. Ermənilərin Qarabağa qayıdışı məsələsi isə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, yəni milli qanunvericilik əsasında mümkündür və ayrıca beynəlxalq hüquqi status daşımır.

Üçüncüsü, Qərbi Azərbaycan məsələsi insan hüquqlarının bərpası və tarixi ədalətin təmin olunması ilə bağlıdır. Halbuki Qarabağ məsələsi separatizm və beynəlxalq hüququn pozulması zəminində yaranmış münaqişə kontekstində formalaşmışdır. Məhz buna görə azərbaycanlıların Ermənistana qayıdış hüququ legitim humanitar tələb kimi tanınır, ermənilərin Qarabağa “xüsusi statusla qayıdış” iddiaları isə beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə ziddir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki çıxışında azərbaycanlıların geri qayıdış hüququna toxunaraq, bu məsələnin milli kimlik və tarix məsələsi olduğunu, qayıdışın isə beynəlxalq hüquq çərçivəsində həyata keçirilməli olduğunu açıq şəkildə vurğuladı.

Bu səbəbdən, azərbaycanlıların Ermənistana qayıdış hüququ beynəlxalq hüquq normalarına tam uyğun olan, insan hüquqları kateqoriyasına daxil legitim hüquqdur. Bu hüquq siyasi iddia deyil və hüquqi baxımdan tam əsaslıdır.

Deportasiya və etnik təmizləmə nəticəsində fundamental hüquqları pozulmuş insanların ədalətli tələbi kimi Qərbi Azərbaycan İcması bu hüququ beynəlxalq platformalarda repatriasiya, mülkiyyətin bərpası və mədəni irsin qorunması aspektlərində fəal şəkildə təqdim edir. Ermənistan isə beynəlxalq öhdəliklərinə əsasən azərbaycanlı əhalinin təhlükəsiz və mərhələli şəkildə qayıdışını təmin etməlidir.

Beləliklə, Qərbi Azərbaycan məsələsini hansısa kampaniya və ya sülh gündəliyinə zidd proses kimi təqdim etmək cəhdləri həm hüquqi, həm də siyasi baxımdan qəbuledilməzdir. Ermənistana qayıdış hüququ bizim ayrılmaz haqqımız, milli kimliyimizin, mədəniyyətimizin və tariximizin tərkib hissəsidir.

Biz inanırıq ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qayıdış hüququmuz reallaşacaq və bunun nə vaxt, hansı mərhələlərlə həyata keçiriləcəyini yalnız möhtərəm Prezident bilir.

Bu gün hər birimizin vəzifəsi Prezident İlham Əliyevin AMEA-da səsləndirdiyi proqram xarakterli fikirlər əsasında fəaliyyətimizi daha da gücləndirmək və sistemli şəkildə çalışmaqdadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri