Icma.az
close
up
RU
Zelenski Qərbi ittiham etdi: “Bunlar yalan sözlər idi”

Zelenski Qərbi ittiham etdi: “Bunlar yalan sözlər idi”

Icma.az bildirir, Ayna portalına istinadən.

Prezident Qərb ölkələrini NATO ilə bağlı Ukraynaya qarşı ədalətsizlikdə ittiham edib

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin NATO-ya üzvlüyü məsələsində Qərb ölkələrini yalan danışmaqda və Ukraynaya qarşı ədalətsiz davranmaqda ittiham edib. AYNA xəbər verir ki, bu barədə Ukrayna lideri Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

Prezident Almaniya və ABŞ-ın Ukraynanın NATO-ya üzv olub-olmaması ilə bağlı qərar verməsindən narazılığını bildirib.

“Düzünü desəm, onlar bizi NATO-da dəstəkləmədilər. Sadəcə yalan sözlər idi ki, guya Ukrayna NATO-da olacaq. Onilliklər keçib və Ukrayna NATO-da deyil. Bu, Ukraynaya və ukraynalılara qarşı ədalətsizlik idi", Zelenski vurğulayıb.

Zelenski Kiyevin NATO-ya üzvlüyü ilə bağlı Moskva ilə dialoq aparan Vaşinqton və Berlini tənqid edib: “Onlar həmişə deyirlər ki, vaxtilə ruslarla hansısa razılaşmalar olub. Mənim bir ukraynalı kimi sualım var: niyə bizsiz bizim haqqımızda müqavilələr bağladınız? Biz müstəqil ölkəyik. Düşünürəm ki, bu, ədalətsiz davranışdır”.

Zelenski yenidən Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxan ölkələri xatırladıb: ABŞ, Almaniya, Macarıstan və Slovakiya. Lakin onun sözlərinə görə, Ukraynanın Alyansa üzvlüyü sonuncu üç ölkənin fikrindən asılı deyil: “NATO məsələsi ABŞ-dan və onun Prezidentinin mövqeyindən asılıdır. Əgər Donald Tramp Ukraynanı NATO-da görməyə hazırdırsa, hamı bunun tərəfdarı olacaq. Prezident Tramp bizi NATO-da görməyə hazır deyilsə, biz NATO-da olmayacağıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://ayna.az
archiveBu xəbər 22 Yanvar 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri