QHT Qərbi azərbaycanlıların hüquqları məsələsini Brüsseldə müzakirəyə çıxaracaq
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qərbi Avropanın siyasi mərkəzi sayılan Belçikanın paytaxtı Brüsseldə oktyabrın 7-də Montgomeri otelində "Evə qayıdış və Regional sülh” adlı beynəlxalq konfrans keçiriləcək.
QHT.az xəbər verir ki, konfransın məqsədi Qərbi Azərbaycanlıların qədim ata yurdlarına dönüşü, məcburi miqrasiyanın nəticələri, 35 ildən bəri doğma yurda qayıtmaq uğunda apardığı ictimai mübarizə və s barədə xarici ictimaiyyəti məlumatlandırmaqdır. Konfransda Azərbaycanla bərabər Ukrayna, Gürcüstan və s kimi ölkələrin nümayəndələri də yaşadıqları məcburi qaçqınlığın ağırlığı və acısı barədə fikirlərini bölüşərək, regiona sülhün bərqərar olması barədə fikirlərini bölüşəcəklər.
Birlikdən verilən məlumata görə, konfransda beynəlxalq təşkilatların, yerli medianın, beyin mərkəzsləri, vətəndaş cəmiyyəti nümayəndələri, BMT Qadın Proqramının Brüssel nümayəndəliyinin rəhbəri, NATO-nun Brüssel qərargahının nümayəndəsi iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 03 Oktyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















