Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı yekun sənəd qəbul olundu

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı yekun sənəd qəbul olundu

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edilib.

Modern.az xəbər verir ki, sənəddə konfransda aparılmış müzakirələrin xülasəsi verilir.

Konfransın yekun sessiyasında sənədi Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba oxuyub.

Yekun sənəddə deyilir:

"Aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçı "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması" mövzusunda İkinci Beynəlxalq Konfransda toplaşaraq, Ermənistandan məcburən çıxarılmış azərbaycanlıların qayıdış məsələsini və qlobal miqyasda məcburi köçkünlük problemini müzakirə etdilər.

İştirakçılar qeyd etdilər ki, köçkünlük insan hüquqlarının ən ciddi pozuntularından biridir və azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlikdir.

İştirakçılar vurğuladılar ki, qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunmuş və təməl insan hüququ kimi tanınır. Onlar qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu qeyd etdilər.

İştirakçılar Ermənistanın zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsindən ciddi narahatlıq ifadə etdilər. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunu, Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırdılar.

İştirakçılar qayıdış prosesində mülkiyyət hüquqlarının bərpasının vacibliyini vurğuladılar. Onlar Ermənistan hökumətini müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması üçün zəruri addım atmağa çağırdılar. Onlar qeyd etdilər ki, kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya, ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz.

İştirakçılar Ermənistanın azərbaycanlıların mədəni irsinin, o cümlədən məscidlərin, qəbiristanlıqların və tarixi abidələrin sistematik şəkildə məhv edilməsindən narahatlıq ifadə etdilər. Onlar bunu azərbaycanlı kimliyini silmək cəhdi kimi qiymətləndirərək, bu mədəni irsin vəziyyətinin qiymətləndirilməsi, qorunması və bərpası üçün UNESCO-nun və digər beynəlxalq təşkilatların cəlb olunmasına çağırdılar. İştirakçılar mədəni irsin qorunmasının barışıq və anlayış üçün əhəmiyyətini vurğuladılar.

İştirakçılar xatırlatdılar ki, azərbaycanlılar postsovet məkanında etnik münaqişələrin ilk qurbanları olmuş və beynəlxalq ictimaiyyətin yetərsiz reaksiyası digər münaqişələrin yaranmasına səbəb olmuşdur. Onlar vurğuladılar ki, Qərbi azərbaycanlıların təhlükəsiz qayıdış hüquqlarının tam bərpası dünyada münaqişələrin həlli üçün müsbət bir nümunə ola bilər.

İştirakçılar vurğuladılar ki, ədalət barışıq və daimi sülh üçün zərurətdir. İştirakçılar Ermənistanı, azərbaycanlılara qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin şöhrətləndirilməsinə son qoymağa, nifaqı davam etdirən strukturları ləğv etməyə və Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamağa çağırdılar. Onlar vurğuladılar ki, barışıq üçün Ermənistanın tarixi ədalətsizlikləri aradan qaldırması və birgəyaşayış və inam üçün şərait yaratması vacibdir.

İştirakçılar qayıdacaq Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə qayıtması və qayıdış prosesinin hərtərəfli planlaşdırılması və resursla təmin edilməsi üçün BMT-ni və dünya dövlətlərini diplomatik səylər göstərməyə çağırdılar. İştirakçılar qayıdanların reinteqrasiyası sahəsində gözlənilən çətinlikləri qeyd etdilər və Qərbi azərbaycanlılar qayıdacaq yerlərdə infrastrukturların bərpası, onlara humanitar yardım göstərilməsi və uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi üçün əlaqələndirilmiş səylərin vacibliyini vurğuladılar.

Onlar Ermənistan hökumətini regional sülhə mane olan siyasətini və konstitusiya müddəalarını aradan qaldırmağa və iqtisadi və sosial əməkdaşlıq imkanlarını qəbul etməyə çağırdılar. Onlar Ermənistanın öz öhdəliklərinə uyğun olaraq kommunikasiyaları açmasının Cənubi Qafqazda ümumi rifaha və sabitliyə yardım edəcəyini qeyd etdilər.

İştirakçılar qayıdış hüququnu regional sülh və ədalətin əsas prinsipi kimi qəbul etməkdə qərarlı olduqlarını təsdiq etdilər. Onlar Qərbi azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətlə geri dönüşünün yalnız siyasət prioriteti deyil, həm də insan hüquqları və ləyaqətin təmin edilməsinə kollektiv qətiyyətin sınağı olduğunu vurğuladılar.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq hüququn aliliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiəsi, azad olunmuş ərazilərin bərpasında liderliyini və ədalət və barışıq istiqamətindəki səylərini yüksək qiymətləndirdilər. Onlar həmçinin Qərbi Azərbaycan İcmasının insan hüquqları və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstək ifadə etdilər.

Bu xülasə, konfrans zamanı qaldırılmış əsas məqamları əks etdirir və Ermənistandan məcburi köçürülmüş azərbaycanlılar üçün ədalətin, eləcə də bölgədə sülh, təhlükəsizlik və barışığın təşviq edilməsinə xidmət edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see148

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see146

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see145

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see137

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see137

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see136

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see131

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see131

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see130

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see129

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see127

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see127

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see126

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see121

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see118

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see118

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri