Icma.az
close
up
RU
Qərbi Zəngəzur milli mədəni irsimizin ayrılmaz tərkib hissəsidir ŞƏRH EDİLDİ

Qərbi Zəngəzur milli mədəni irsimizin ayrılmaz tərkib hissəsidir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Cənab Prezident İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinə işgüzar səfəri baş verən geosiyasi və geoiqtisadi proseslər fonunda olduqca əhəmiyyətli hadisədir". Bunu SİA-ya Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O bildirib ki, birgə mətbuat konfransında bir çox vacib məqamlardan bəhs edən dövlət başçımız Qərbi Zəngəzur haqqında danışmaqla növbəti dəfə tarixi həqiqətləri aktuallaşdırdı: "Qərbi Azərbaycan torpaqlarının ayrılmaz tərkib hissəsi olan Qərbi Zəngəzur Sovet hakimiyyəti tərəfindən 1920-ci ildə Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilmişdir. Əlverişli coğrafi mövqeyi ilə seçilən Qərbi Zəngəzur milli mədəni irsimizin ayrılmaz tərkib hissəsidir. Tarixi torpaqlarımızın Ermənistana verilməsi fonunda azərbaycanlıların kütləvi şəkildə deportasiya olunması regionun etnik tərkibinin dəyişməsi ilə nəticələnmişdir. Lakin, tarixi mənbələr, arxeoloji qazıntılar və faktlar hər situasiyada bölgənin Azərbaycanlılara məxsus olduğunu təsdiq edir. Rəsmi Bakı tarixin acı hökmü ilə bizdən zorla alınan Qərbi Azərbaycan və onun vacib bir hissəsi olan Qərbi Zəngəzur həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna işlər görür. Tarixi qayıdışımızı prioritet məsələ kimi dəyərləndirən cənab Prezident İlham Əliyev bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə və dövlətlərarası görüşlərdə Qərbi Azərbaycan barəsində faktları ən incə detalına qədər səsləndirir. Onun fikirləri Ermənistanda qorxu və həyacanla qarşılansa da, bizlərin qayıdışla bağlı inamını artırır və fəaliyyətimizi stimullaşdırır".

Onun sözlərinə görə, Azərbaycanın haqlı tələbləri qarşısında Ermənistan tərəfi mövzu ilə əlaqədar kompromisə getmir, Qərbi Azərbaycan qayıdışı və Zəngəzur dəhlizini suverenliyinə təhdid kimi qiymətləndirir: "Rəsmi İrəvanın yalan və qərəzli bəyanatlarından fərqli olaraq ölkəmiz dövlətlərarası münasibətlərin həlli kimi müharibəni rədd edir və beynəlxalq hüquq çərçivəsində qeyd olunan məsələlərin həlli üçün çalışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri