Icma.az
close
up
RU
Qərbin əxlaq fəlsəfəsi hüquqa, qanuna yönəldi, Şərqin əxlaqı anabacı müstəvisində qaldı: Orxan Saffari yazır...

Qərbin əxlaq fəlsəfəsi hüquqa, qanuna yönəldi, Şərqin əxlaqı anabacı müstəvisində qaldı: Orxan Saffari yazır...

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Siyasi gedişatlar səbəbilə Azərbaycanda tez-tez əxlaqsız adlandırılan Qərb ilə əsl Qərb arasında fərqlər var. Əlbəttə, Qərb dünya siyasətinin, idarəetməsinin əsasını təşkil edir, amma bunun fonunda azərbaycanlıların Qərbə baxışı da çox qəribədir.

Qərb deyəndə azərbaycanlıların ağlına ilk növbədə lütlənən, əxlaqsız qadınlar, ana-bacısı gözünün önündə sevişən “boynuyoğun” kişilər gəlir və elə bizlərin qorxu yeri də buradır. Yəni, bizi Qərbdən uzaqlaşdıran hansısa siyasi məsələlər deyil, məhz mental kodlardır və siyasilər də bu mental kodlardan istifadə edir.

Azərbaycanda “Anti-qərb” siyasətinin formasına, intonasiyasına baxanda hər şeyi açıq-aydın görmək olur.

Yaxşı, bəs Qərb belədirmi? Əlbəttə, deyil.

Beləsi varmı? Var.

Amma bu, tamamilə başqa məsələdir.

Sözsüz, hər bir cəmiyyətin öz mental dəyərləri var və o mental dəyərlərin başqa yerlərdə qəbul edilməməsi tamamilə normaldır.

Bu mənada, heç kim azərbaycanlılara “gözüylə görməyi”, “tursux-maykada” gəzməyi də demir. Belə məsələlər zamanın, dəyişən dəyərlərin çiynində olan yükdür.

Fəqət bəşəri dəyərlər anlayışı istənilən cəmiyyətdə bəyənildi və ya bəyənilmədi olmalıdır. Üstəlik, Qərbin bizə yad olan, başqalarına yeritmək istədiyi, amma özündə olmayan siyasətləri də var. Məsələn, Qərbin müasir dünyaya təqdim etdiyi demokratiyada da problem var, digər məsələlərdə də. Üstəlik, onları əxlaqsız, dəyərsiz hesab edən adamlar, elə əslində, məhz onların da mental, öz dəyərlərinə sahib çıxan olduqlarını bilməlidir. Bütün hallarda illuziyaya qapılmamaqda fayda var.

Digər bir tərəfdən bu gün Azərbaycan və ümumi siyasətin əsasını “Avrointeqrasiya” təşkil edir.

Amma söhbət əxlaqi dəyərlərdirsə, azərbaycanlılar bir az da yanılırlar.

Qərbi bu cür təsəvvür edən azərbaycanlılar, məsələn, məhz əxlaqın fəlsəfəsinin belə ilk Qərbdə yaranmasını bilməlidirlər.

Sözsüz, bu, “Şərqdə əxlaq yox idi” demək deyil. Şərqdə İslam var idi və əxlaqı da məhz İslam öyrədirdi, hansısa əxlaq fəlsəfəsi yox. Qərbdə Din insan həyatından kənarlaşanda əxlaq meydana gəlmişdi, Şərqdə isə elə Din ilə.

Qərbdəki əxlaq fəsləfəsi mübarizəvi idi, Qərbin əxlaq fəlsəfsi hüquqa, qanuna çevrildi, Şərq isə ana-bacı müstəvisində qaldı.

Ona görə, bu gün əxlaqla bağlı düşüncələri məişət müstəvisində olan adamların bu cür düşüncələri əsassızdır.

Qərbə qarşı siyasi ritorikada həmişə bir söz də işlənilir:

“Biz Qərbin yaxşı tərəflərini götürməliyik”

Bəs yaxşı, nədir bu yaxşı tərəflər?

Əlbəttə, insan haqları, insana verilən dəyər, bəşəri münasibətlər və.s və.ilaxır.

Sadə bir misal:

Bir sıra ölkələr var, o ölkələrdə məhbus həbsxanadan qaçmağa cəhd edərsə və bu proses zamanı heç bir qanun pozuntusu olmazsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmur.

Əksinə, bu, məhbusun azadlıq istəyi, dəyəri kimi ifadə olunur.

Söz yox, heç bir məhbus həbsxanadan qaça da bilmir, bu anlayış isə sadəcə dildə qalır.

Amma bunun həm də insana, onun insani hisslərinə verilən dəyər olduğunu düşünəndə adam həyəcanlanır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Noyabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see231

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see224

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see188

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see168

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see141

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see135

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see134

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see134

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see132

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see128

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see128

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri