Icma.az
close
up
RU
Şərq əxlaqı, yoxsa Qərb azadlığı? Orxan Saffari yazır...

Şərq əxlaqı, yoxsa Qərb azadlığı? Orxan Saffari yazır...

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Tərbiyə nədir? Necə yaranıb? Mütləq tərbiyə varmı?” kimi suallara, əlbəttə, müxtəlif cavablar vermək olar. Ancaq maraqlıdır, tərbiyə anlayışı fərqli cəmiyyət və coğrafiyalarda necə xarakterizə edilir?

Bütün bu suallar mütləq tərbiyə anlayışının olmadığı demək deyilmi?

Məsələn, Şərq tərbiyəsi, yoxsa Qərb tərbiyəsi?

Sonda deyiləni əvvəldə deməkdə fayda var:

Şərqdə tərbiyə daha çox itaət, böyüyə hörmət, ailəçilik, bir növ yaşam üçün yaxşı mənada mağara təfəkkürüdür, Qərbdə tərbiyə isə sərbəstlik, fərdi sərhədlərə hörmət və tənqidi düşüncə tərzidir.

Bəs yaxşı, insan necə tərbiyəli olmalıdır?

Şərqdə tərbiyəli olmaq qərbdə tərbiyəsizlikmidir?

Əslində, bu kimi suallara mütləq cavab yoxdur, ancaq ortaq meyarlar var. Məsələn, istənilən halda, cəmiyyətdə, coğrafiyada ədalətli olmaq, sosial davranış qaydalarına, başqalarının seçimlərinə, azadlıqlarına normal yanaşmaq özü də tərbiyədir. Bunlar daha çox həm də insanın özünün özünü tərbiyələndirməsidir. Onsuz da, xüsusi ilə Şərq ailəsində verilən ilkin tərbiyə ibtidai tərbiyə olur, bəşəri yox. Adətən, fərdlər sonradan özünü tərbiyələndirir.

Şərq və Qərb tərbiyəsi bölgüsü davranışlardan yox, dünya görüşündən, cəmiyyətin bir-biri ilə harmonik əlaqəsi və.s kimi başqa nəsnələrdən asılıdır.

Şərq tərbiyəsində insan cəmiyyətin mütləq bir parçasıdır və əksər hallarda yaxşı yaxud da pis olsa belə ona uyğunlaşmalıdır.

Şərq ailə modeli tərbiyəsində avtoritarizm var, böyüklər bir növ hökmranlıq edir və deyilən hər söz qanundur, seçim şansı azdır və ya ümumiyyətlə yoxdur.

Şərq tərbiyə modelində tənqidi düşüncə azdır, bəyənilmir, emosiya var.

Şərq tərbiyə modeli itaətə hesablanıb və məqsəd daha çox öz ətrafına faydalı şəxs yetişdirməkdir.

Üstəlik, dəyərlər, dəyərlərə istənilən halda hörmət əsas götürülür.

Bəs eyni şeylər Qərb tərbiyə modelində necədir?

Şərqə nisbətdə Qərb tərbiyə modeli tənqidə açıqdır, ailə tərbiyəsində qarşılıqlı seçimlər üstünıük təşkil edir, avtoritarizm azlıq təşkil edir, seçim şansı tərbiyə alanın özünə buraxılır, sərbəstlik, fərdiyyətçilik hökm sürür.

Qərb tərbiyə metodunda məqsəd müstəqil şəxsiyyət yetişdirmək və öz ətrafından daha çox cəmiyyətə fayda verməkdir.

Şərq tərbiyə modeli daha çox əxlaqi və dini dəyərlərə söykənir. Qaynaq kimi Kunfutsidən üzü İslama qədər demək mümkündür.

Əlbəttə, hər iki modelin müsbət və mənfi cəhətləri var. Məsələn, bu baxımdan Şərq tərbiyə modeli daha insanlar, ailə arasındakı bağlılığa, hər bir halda birgə hərəkətə, təfəkkürə hesablanıb. Fədakarlıq ən əsas xüsusiyyətlərdən hesab olunur.

Ancaq Qərb tərbiyə modeli fəlsəfəyə-Sokrata, Kanta və başqalarına söykənir, fərdin azadlığı dəstəklənir, tərbiyənin bir vasitə olduğu bildirilir.

Ancaq ola bilsin, Qərb tərbiyə modelindəki azadlığın sərhədsizliyi xaosa səbəb olsun, ailə və insanlar arasında bağ o qədər də möhkəm olmasın, təklik əsas götürülsün, fədakarlıq pislənilsin və eqoizm artsın.

Əlbəttə, mütləq tərbiyə olmadığı kimi, hansı tərbiyə modeli daha yaxşıdır demək də olmur və bu, insanların öz seçimlərindən, mühitlərindən asılı bir məsələdir.

Bəlkə, ideal tərbiyə modeli həm də belə olmalıdır:

Qərb tərbiyə modelinin fərdi azadlığı ilə Şərq tərbiyə modelinin əxlaq anlayışı?!

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Avqust 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri