Icma.az
close
up
RU
Qərbin Gürcüstanda sonuncu qalası da dağıdıldı: Makronun agenti olan prezidenti həbs gözləyir

Qərbin Gürcüstanda sonuncu qalası da dağıdıldı: Makronun agenti olan prezidenti həbs gözləyir

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanda hakimiyyət çevrilişinə cəhdlər baş tutmaza, Qərbin bu ölkədəki "agentura şəbəkəsi"nin qiyamçı təmsilçilərinin gələcək taleyi böyük risk altında qalacaq... Mixail Saakaşvilidən fərqli olaraq, Fransaya xidmət göstərməklə, Gürcüstana xəyanət etmiş prezident Salome Zurabişvili indi onun taleyini eynilə yaşamaq təhlükəsi qarşısındadır...
Cənubi Qafqazda cərəyan edən geopolitik proseslər hazırda daha çox iki istiqamət üzrə inkişaf edir. Birinci istiqamət Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətninin razılaşdırılmasına yönəlikdir. Bu prosesə ABŞ, Avropa Birliyi və Fransanın kobud kənar müdaxilə cəhdləri mövcuddur. Ancaq rəsmi Bakı bu kobud kənar müdaxilə cəhdlərinə qətiyyətlə müqavimət göstərməkdə davam edir. Və nəticədə bu cəhdlərin bloklanmasına paralel olaraq, Azərbaycan-Ermənistan sülh danışıqları ikitərəfli təmaslar formatına bağlı qalmaqdadır.

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki. Cənubi Qafqaz üzrə geopolitik proseslərin ikinci istiqamətinə gəldikdə isə burada Gürcüstan böhranı əsas ziddiyyət faktorudur. Belə ki, Gürcüstanda siyasi böhran yaşanmaqdadır. Bu siyasi böhrana isə yenə də ABŞ, Avropa Birliyi və Fransa kobud şəkildə kənardan müdaxilə etməyə cəhd göstərir. Əslində, Gürcüstanda hazırda yaşanan ölkədaxili siyasi böhranın əsas stimullaşdırıcı faktoru da elə ABŞ, Avropa Birliyi və Fransanın kobud kənar müdaxiləsidir. Və bu səbəbdən də, Qərb siyasi dairələrinin hazırda öz davranışları ilə Gürcüstanın daxili işlərinə qarışdığı qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra rəsmi Tiflis total şəkildə beynəlxalq təzyiqlərə məruz qoyulmaqdadır. Xüsusilə də, Qərb siyasi dairələrinin seçkilərin nəticələrini şübhə altına alması Gürcüstan vətəndaşlarının mövqeyinə açıq hörmətsizlik xarakteri daşıyır. Yəni, ABŞ və Qərb xarici kəşfiyyat servisləri tərəfindən idarə olunan "qrant agentirası"nın parlament seçkilərində ağır məğlubiyyəti ilə barışmaq istəmir. Əksinə, nəyin bahasına olursa-olsun, "qrant aventurası"nın təmsilçilərini hakimiyyətə gətirməklə, Gürcüstanı da Ermənistan kimi, Qərbin geopolitik müstəmləkəsinə çevirməyə cəhd göstərir. Və hələlik bu hədəfə çatmaqda kifayət qədər ciddi problemlərlə üzləşir.

Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransanın bütün ortaq məkrli planlarına baxmayaraq, hakimiyyətdə olan "Gürcü arzusu" Partiyası ölkədaxili və xarici təzyiqlərə tab gətirməyi bacarır. Gürcüstana qarşı Qərbin siyasi sanksiyaları hələlik gözlənilən nəticələrdən çox-çox uzaqdır. Rəsmi Tiflis hesab edir ki, Gürcüstanın müstəqil xarici siyasət kursu yürütməsi Qərb siyasi dairələrini qıcıqlandırır. Və ona görə də, Gürcüstanda dövlət çevrilişi etmək üçün bütün imkanlardan istifadə olunur.

Avropa Birliyi ölkələrinin Gürcüstana qiyamçı "qrant aventurası"na dəstək üçün xüsusi emissarlar göndərməsi ümumiyyətlə, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Çünki Avropa Birliyi başqalarına qarşı təzyiq mexanizminə çevirdiyi "dəyərləri" belə heçə sayaraq, Gürcüstanda Qərbə bağlı hakimiyyət formalaşdırmaq cəhdləri siyasi riyakarlıq deməkdir. ABŞ və Qərbin Gürcüstan vətəndaşlarının siyasi iradəsinə hörmətlə yanaşması olduqca vacibdir. Və Qərbin hər hansı xalqın, yaxud dövlətin siyasi seçimlərinin doğru olub-olmadığına hökm vermək hüququ yoxdur.

Maraqlıdır ki, beynəlxalq hüquq normalarının tələbləri tamamilə fərqli məzmun daşısa da, Gürcüstanda "müxalifət" funksiyalarını öz üzərinə götürmüş "qrant aventurası" Avropa Birliyinə hakimiyyətin legitimliyini tanımamaq çağırışı edib. Halbuki, Avropa Birliyinin bu quruma üzv olmayan hansısa müstəqil dövlət barədə qərar vermək hüququ mövcud deyil. Ancaq indi "qrant agenturası"nın düşdüyü durum Avropa Birliyindən dəstək ummaq məcburiyyətini daha da gücləndirib. Və bu, o deməkdir ki, Qərb kəşfiyyatının təlimatı ilə hərəkət edən qüvvələri üçün sonun başlanğıcı inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Qərb əleyhinə mövqeyi ilə seçilən keçmiş futbolçu Mixail Kavelaşvili Gürcüstan prezidenti seçilib. Yəni, Gürcüstanda ABŞ, Avropa Birliyi və Fransanın müdaxilə etməyə can atdığı siyasi dövrə artıq qapanmaq üzrədir. Hər halda, Qərb siyasi dairələri Fransa kəşfiyyatı tərəfindən idarə olunan prezident Salome Zurabişvilini də itirir. Daha doğrusu, Gürcüstana deyil, məhz Qərb siyasi dairələrinə xidmət edən Salome Zurabişvilinin dövlət postu əldən çıxmaqdadır. Və bu, Qərb üçün Gürcüstanda sonuncu siyasi mexanizmin də itirilməsi anlamı daşıyır.

Onu da qeyd etmək lazımdır ki, prezident Salome Zurabişvilinin Gürcüstana xidmət etmədiyini hətta bu ölkənin sərhədlərindən kənarda da bilirlər və etiraf edirlər. Belə ki, BMT-nin İnsan Haqlarının, Demokratik və Ədalətli Beynəlxalq Nizamın Təşviqi Şurasının keçmiş eksperti Alfred de Zayas Gürcüstanda parlamentin Mixail Kavelaşvilini prezident seçməsinin bu ölkə üçün böyük önəm daşıdığını vurğulayıb: "Gürcüstan parlamenti Avropa Birliyi və ABŞ-nin marioneti olan Salome Zurabişvilini əvəz edəcək Mixail Kavelaşvilini prezident seçdi. Salome Zurabişvilinin səlahiyyət müddəti isə 2024-cü il dekabrın 29-da başa çatacaq. Bu, Gürcüstan üçün olduqca yaxşı dəyişiklikdir".

Göründüyü kimi, bu ayın sonunda səlahiyyəti sona çatacaq Salome Zurabişvilinin Gürcüstan üçün ziyanlı siyasi fiqur olduğu artıq heç kəsə sirr deyil. Nə qədər qəribə də olsa, Fransanın agenti olan bu qadın gedərayaq Gürcüstana növbəti zərbənin vurulması barədə düşünür. Belə ki, o, bildirib ki, istefa verməyəcək, öz postunu tərk etməyəcək, prezident sarayında fəaliyyətini davam etdirəcək.

Halbuki, heç kim onun istefasını istəmir, çünki səlahiyyət müddəti zatən bir neçə gün sonra sona çatacaq. Üstəlik, onu əvəzləyəcək yeni prezident də seçilib. 29 dekabrdan sonra Salome Zurabişvili prezident statusunu itirərək, sadəcə, Fransanın agenti olaraq, fəaliyyət göstərə bilər. Və o, dövlətə xəyanət ittihamı ilə prezident sarayından birbaşa həbsxanaya da göndərilə bilər.

Gürcüstan parlamentinin onun keçmiş prezident kimi dövlət mühafizəsindən məhrum edilməsi barədə qanunu tez-tələsik qəbul etməsi də Salome Zurabişvili üçün "dəmir barmaqlıqlar" arxasına düşmə ehtimalını artırır. Vaxtilə keçmiş prezident Mixail Saakaşvili Salome Zurabişvilini siyasi elitaya çıxartmışdı. Ancaq Salome Zurabişvili prezident postunda olduğu müddətdə, vaxtilə yaşadığı ziddiyyətlər ucbatından hələ də kin bəslədiyi Mixail Saakaşvili barəsində əhv qərarı vermədi. Və Mixail Saakaşvilidən fərqli olaraq, Fransaya xidmət göstərməklə, Gürcüstana xəyanət etmiş prezident Salome Zurabişvili indi onun taleyini eynilə yaşamaq təhlükəsi qarşısındadır.

Bir müddət öncə "Gürcü arzusu" Partiyasının qurucusu Bdzina İvanişviliyə zəng edən Fransa prezidenti Emmanuel Makronun Salome Zurabişvilini xilas edə biləcəyi hələlik o qədər də inandırıcı görünmür. Çünki bütün proseslər Gürcüstanın ABŞ, Avropa Birliyi və Fransanın məkrli planlarını pozmaq istiqamətində mövqe tutduğunu biruzə verir. Və bu, onu göstərir ki, hakimiyyət çevrilişinə göstərilən cəhdlər baş tutmaza, Qərb Gürcüstana təsir mexanizmlərini itirəcək, Salome Zurabişvili başda olmaqla, "agentura şəbəkəsi"nin qiyamçı təmsilçilərinin gələcək taleyi böyük risk altında qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Dekabr 2024 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri