Icma.az
close
up
RU
Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi

Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Bütün qarayaxma və boykot kampaniyalarına baxmayaraq, COP29-a uğurla ev sahibliyi edən Azərbaycan qlobal iqlim problemlərinin həllinə mühüm töhfə verdi.

Bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal COP29 tədbirinin yekunlarını qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, COP29 tədbirini iki kontesktdə qiymətləndirmək olar. Biri bu tədbirin Bakıda keçirilməsindən Azərbaycan əldə etdiyi dividentlər, digəri dünyanın iqlim probleminin həlli üçün verilən qərarlarda rəsmi Bakının oynadığı roldur.

A.Camal hesab edir ki, COP29 Azərbaycan üçün həm siyasi, həm iqtisadi baxımdan dividentlər qazandırdı:

“Azərbaycan dünyanın ən böyük tədbirini yüksək səviyyədə təşkil etməklə beynəlxalq nüfuzunu daha da gücləndirdi. Qərbdən ölkəmizə qarşı hücumların səbəblərindən biri də COP29-un qüsursuz təşkil edilməsi idi, çünki Azərbaycanın qlobal səviyyədə performans göstərməsini həzm edə bilmirlər. Halbuki Bakı bir daha qlobal problemlərin müzakirə məkanı olduğunu nümayiş etdirdi. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrindən onminlərlə qonağın Bakıya gəlməsi Azərbaycanın tanınmasında mühüm rol oynadı. Bütün bunlar Azərbaycanın “yumşaq güc”ünü möhkəmləndirir, beynəlxalq müstəvidə daha cəlbedici ölkəyə çevirir”.

Politoloq COP29-un iqtisadi dividentlərinin uzun müddət davam edəcəyini bildirib:

“Onminlərlə qonağın Azərbaycana gəlişi turizm sektorunun gələcəyinə yatırımın edilməsi kimi də qəbul edilə bilər. Çünki COP29-da iştirak edənlərin ölkəmizə turist kimi qayıtması, o cümlədən, öz ölkələrində Azərbaycanı təbliğ etməsi gözləntisi böyükdür. Ən böyük yatırımın isə Azərbaycanın yaşıl enerji sektoruna edildiyini düşünürəm. Dünyada artıq trend olan yaşıl enerji sektoru beynəlxalq investorların da diqqət mərkəzindədir. Qlobal iqlim peroblemləri ilə bağlı keçirilən müzakirələrdə yaşıl enerjiyə investisiyaların cəlb edilməsi prioritetlərdən biridir. Azərbaycanın bu sektorda potensialı böyükdür, xüsusilə azad olunmuş ərazilərdə. COP29 Azərbaycana öz yaşıl enerji potensialını təqdim etməyə və investorların diqqətini cəlb etməyə imkan verdi. Hesab edirəm ki, iqtisadi dividentlər uzunmüddətli olacaq”.

A.Camal COP29-un qlobal iqlim problemlərinin həllinə mühüm töhfə verdiyini vurğulayıb:

“Yekun qərarda iqlim maliyyəsi 300 milyard dollar məbləğində müəyyənləşdi, eləcə də bu məbləğin 500 milyard dollara çatdırılması ilə bağlı yeni imkanlar yaradıldı. Bu, son 15 ildə qlobal iqlim problemlərinin həlli məqsədilə keçirilən COP tədbirlərində ən böyük uğurdur. Bakıda 15 ildir davam edən iqlim maliyyəsi streotipi qırıldı. Çünki iqlim maliyyəsi razılaşması ilk dəfə 2009-cu ildə Kopenhagendə keçirilən COP15-də razılaşdırılıb və 100 milyard dollar müəyyən edilib. Razılaşmaya görə, hər il ayrılması nəzərdə tutulan bu məbləğ 2020-ci ilə qədər davam etməli idi. 2015-ci ildə Parisdə keçirilən COP21-də məbləğ 100 milyard dollar saxlanılsa da, ayrılması müddəti 2025-ci ilə qədər uzadıldı. İqlim maliyyəsinin artırılmaması streotipə çevrilmişdi və artırılacağı gözləntisi az idi. Bakıda isə 300 milyard dollarlıq razılaşma ilə rekord nəticə əldə olundu və beləliklə, Bakının adı COP tarixinə streotiplərin qırıldığı, iqlim problemlərinin həllində yeni mərhələnin başlandığı məkan olaraq düşdü. Təbii ki, bu, Azərbaycanın qlobal çəkisini artıran amildir”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 28 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri