Qərbin marağı olmasaydı Azərbaycan və Türkiyədən keçən tranzit yollarının inşasına dəstək verməzdi AÇIQLAMA
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 4 fevral, AZƏRTAC
Bu gün dünyada baş verən siyasi hadisə və proseslər Türkiyə ilə Azərbaycanın qlobal siyasətdəki mövqelərinin möhkəmlənməsi üçün böyük imkanlar yaradıb. Qlobal güclər Yaxın Şərqdə baş verən geosiyasi proseslərdə maraqlarını qorumaq üçün Türkiyə, Cənubi Qafqazda isə Azərbaycana ehtiyac duyurlar.
Bu fikri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin Qaziantep Universitetinin professoru Ali Fuat Gökçə deyib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirməyə çalışdığı Zəngəzur dəhlizi hər iki strateji müttəfiq olan dövlətə qlobal ticarətdə üstünlük qazandıracaq.
“Rusiya ilə Ukrayna müharibəsi Çindən Avropaya və əks istiqamətə gedən tranzit yollarının bağlanmasına səbəb olub. Asiya ilə Avropanın ticarət əlaqələrində mühüm rol oynamaq üçün tarixi imkan yaranıb və Azərbaycan ilə Türkiyə bu şansı əldən verməməlidir. Bəzi siyasi analitiklər elə düşünürlər ki, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Şimal marşrutu ilə tranzit daşımaları bərpa olunacaq. Lakin bu məsələ heç də asan deyil. Orta Dəhliz və onun davamı olan Zəngəzur dəhlizinin Qərb və ABŞ tərəfindən dəstəklənməsinin başlıca səbəbi iqtisadi xarakter daşımasındadır. Qərbin burada marağı olmasaydı Azərbaycan və Türkiyədən keçən tranzit yollarının inşasına da dəstək verməzdi. Çin və Cənub Şərqi Asiya ölkələrinin yükləri Şimal marşrutu ilə Avropaya daşınanda həm nəqliyyat xərci artıq olur, həm daşınma çox vaxt aparır, həm də silahlı münaqişə isə təhlükəsizliyə təhdid törədir. Bu baxımdan daha az nəqliyyat xərci və daha tez zaman çərçivəsində yüklərin mənzil başına çatdırılmasını təmin edən Orta Dəhliz Qərb üçün səmərəlidir”, - deyə professor əlavə edib.
Baxış sayı:82
Bu xəbər 04 Fevral 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















