Icma.az
close
up
RU
Qərbin parçalama siyasəti: “Azərbaycan təmkinlə yanaşmalıdır”

Qərbin parçalama siyasəti: “Azərbaycan təmkinlə yanaşmalıdır”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kiprinə səfir təyin edib. 

Adıçəkilən ölkələr yunan Kiprini daha əvvəldən tanısalar da, indiyə kimi səfirlik açmamışdılar. Lakin onların ardıcıl şəkildə səfir təyin etmək qərarı birmənalı qarşılanmayıb. Bu, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması prosesinə zərbə kimi qiymətləndirilir. Bildirilir ki, türk dünyasında belə addımların atılması Turan birliyinə kölgə salır. 

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə türk dünyasının birliyinə nail olurlar: 

“Bu istiqamətdə ciddi proseslər gedir. Türk Dövlətləri Təşkilatı (TDT) daxilində müsbət addımlar atılıb. Lakin bəzi böyük dövlətlər bu birlikdən çox narahatdırlar. Bunun siyasi, iqtisadi və hərbi birliyə çevrilmə ehtimalı onları narahat edir. Ona görə də onun qarşısını almaq üçün müəyyən addımlar atırlar. Avropa İttifaqı Mərkəzi Asiyaya çox ciddi maraq göstərir. Yəni müəyyən ivestisiyalar qoymaq və digər addımlarla bəzi türk dövlətlərini öz tərəflərinə çəkməyə, bu birliyi pozmağa çalışırlar”. 

Siyasətçi qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti və yunan Kipri məsələsində də qütbləşmə var: 

“Lakin Türkiyə və Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi hər zaman eyni olub. Azərbaycan torpaqları 30 ilə yaxın müddət ərzində işğalda qaldığı üçün Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımadı. Əks təqdirdə, müəyyən ölkələr də zamanında Qarabağda mövcud olan qondarma rejimi tanıya bilərdilər. Bu səbəbdən də rəsmi Ankara Bakının mövqeyini anlayışla qarşılayırdı. Şimali Kiprin nümayəndələri Türk Dövlətləri Təşkilatının müəyyən toplantılarında müşahidəçi qismində iştirak edir. Onların Azərbaycana və Türkiyəyə səfərləri təşkil olunur. Yəni Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı proseslərin getməsi bəzi qüvvələri narahat edirdi. Nəticədə, Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrini bu prosesə qoşdular”. 

Akif Nağı diqqətə çatdırıb ki, Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprinə səfir təyinatı prosesi parçalamağa xidmət edir:

“Hesab edirəm ki, burada iqtisadi maraqdan söhbət getmir. Çünki yunan Kiprinin iqtisadi gücü və ya mövqeyi yoxdur. Bu, sadəcə olaraq Qərbdən gələn və türk dünyasını parçalamaq siyasətidir. Ancaq biz türk dövlətləri arasında ixtilafa imkan verməməliyik. Həmin türk dövlətlərinə düzgün hərəkət etmədikləri bildirilməlidir. 

Həmçinin, onların yunan Kipri ilə qurduqları əlaqələrin hansısa siyasi və iqtisadi əhəmiyyətinin olmamasına çalışmalıyıq. Qazaxıstan, Özbəkistan və Türkmənistan hakimiyyətləri zamanla yanlış addım atdıqlarını başa düşməlidirlər. İndi isə nəzərə almaq lazımdır ki, Qərbin əsas istəyi məhz türk dünyasında fikir ayrılığı və parçalanma yaratmaqdır. Ona görə Azərbaycan da, Türkiyə də bu məsələyə təmkinlə yanaşmalıdır”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Qərb Şimali Kipr Yunan Kipri Akif Nağı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Aprel 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri