Icma.az
close
up
RU
Qərbin ənənəvi taktikası COP29da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə törədir? TƏHLİL

Qərbin ənənəvi taktikası COP29da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə törədir? TƏHLİL

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 11-də başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatmaq üzrədir. Konfransın davam etdiyi 12 gün ərzində dünya ölkələrinin, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri Bakıda bir araya gələrək bütün bəşəriyyətin ortaq problemi olan iqlim dəyişikliyinin həlli yollarını müzakirə etdilər.
Yüksək səviyyədə təşkilatçılıq
Əvvəla onu qeyd edək ki, COP29-da 196 ölkədən 72 min nümayəndə iştirak etdi. Onların içərisində dövlət başçılarından tutmuş, sıravi ekofəallara qədər müxtəlif şəxslər var idi. Üstəlik fikir ayrılıqları da yetərincə idi. Lakin qonaqların böyük əksəriyyəti bir məsələdə həmfikir görünürdülər: Azərbaycanın uğurlu təşkilatçılığı.
Doğrudur, COP29 adından göründüyü kimi Birləşmiş Millətlər Təşkilatının tədbiri idi, Azərbaycan isə ev sahibi qismində çıxış edirdi. Ancaq Azərbaycan tədbirin yüksək səviyyədə təşkil olunması, qonaqların rahatlığı üçün əlindən gələni etdi və konfransı uğurla təşkil etməyi bacardı.
Qonaqların açıqlamalarına qısaca nəzər salmaq, onların Bakıdan nə qədər xoş təəssüratlarla ayrıldıqlarını görmək üçün yetərlidir. Hətta bir sıra hallarda xarici siyasətdə mövqelərimizin üst-üstə düşmədiyi ölkələrin rəsmiləri belə COP29-un nə qədər uğurla təşkil olunduğunu açıq şəkildə bildirirdilər.
COP29-un məqsədi bəlli idi
Hələ COP28 başa çatandan bəri COP29-un əsas müzakirə mövzusunun inkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi ilə bağlı konkret öhdəliklər götürməsi olacağı bəlli idi. Yəni, iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşməyə ehtiyacı olan kiçik ada dövlətləri, Afrika ölkələri də Bakıya məhz bu ümidlə gəlmişdilər. İqlim dəyişikliklərinin əsas səbəbkarları olan inkişaf etməkdə olan ölkələr də COP29-a nə üçün gəldiklərini bilirdilər.
Ancaq danışıqların hazırki gedişinə əsasən, iqlim maliyyələşməsi ilə bağlı hədəfin əldə olunmayacağı ehtimalı daha çoxdur. Çünki inkişaf etməkdə olan ölkələr 600 milyard dollardan aşağı olan hər hansı maliyyələşməni qəti şəkildə rədd edirlər. İnkişaf etmiş Qərb bloku isə maksimum 300 milyard dollar təklif edirlər. Aradakı fərqin böyük olması ortaq nəticəyə gəlmək ehtimalını da azaldır.
Kimdir müqəssir?
Təbii ki, kiçik ada dövlətləri və Afrika bloku öz tələblərində sonuna qədər haqlıdırlar. Çünki iqlim dəyişikliyində onların payı cüzidir, ancaq ən çox zərəri onlar görürlər. Buna görə də temperaturun artmasının əsas baiskarları olan Qərb ölkələrindən iqlim dəyişikliyinə qarşı mübarizədə maliyyə tələb edirlər.
Qərb ölkələri isə “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məntiqi ilə hərəkət edirlər. Nə günahlarını boyunlarına alırlar, nə də əməllərinə görə yetərli kompensasiyanı ödəmək istəyirlər.
Konkret olaraq isə yekun hədəfin əldə olunmamasının əsas səbəbkarı Avropa İttifaqıdır. Onlar öhdəliklərdən qaçmaq üçün hər məsələni siyasiləşdirmək, süni maneələr yaratmaq yolunu seçdilər.
Məsələn, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen müzakirələrdə ən fəal şəkildə iştirak etməli olan şəxs idi. Ancaq o, heç COP29-a qatılmadı. Əvəzində Braziliyaya yollanıb G20 sammitində iştirak etməyi seçdi. Təkcə bu fakt Aİ-nin öz məsuliyyətinə nə qədər laqeyd yanaşdığının göstəricisidir.
Avropanın ən güclü iqtisadiyyatına malik Almaniyanı COP29-da təmsil edən xarici işlər naziri Annalena Berbok isə iqlim dəyişikliyindən daha çox siyasi açıqlamaları və şəxsi həyatı ilə gündəmdə oldu. O, Bakıda olduğu dövrdə ya Azərbaycanın ünvanına haqsız ittihamlar səsləndirdi, ya da həyat yoldaşından boşanma xəbərləri ilə Qərb mətbuatının gündəmini işğal etdi. Hətta əldə etdiyimiz məlumata görə, Berbok paytaxtımızda gününün böyük hissəsini geyim butiklərini gəzməklə və qaldığı hotelin masaj salonunda dincəlməklə keçirib. 
Baydenin son addımları
Son günlərini yaşayan Bayden Administrasiyasının Ukrayna münaqişəsindən tutmuş, Çinlə əlaqələrə qədər ABŞ-ın bütün xarici siyasətində Trampa problemlər miras qoymaq niyyəti aydın şəkildə sezilir. Bu, iqlim maliyyələşməsində də özünü göstərdi. Sırf Trampı daha çox problemlə üz-üzə qoymaq üçün Ağ Evin indiki sahibləri COP29-u bacardıqca gözardı etməyə çalışdı. Hələ COP29 başlamadan əvvəl tədbirə yüksəksəviyyəli ABŞ rəsmilərinin gəlməyəcəyinin elan olunması bunun əyani sübutudur.
Qərb yenə bildiyini edir...
Göründüyü kimi, Qərb ənənəvi xarakterini COP29-da da göstərir. Avropa ölkələri başda olmaqla, Qərb özünün yaratdığı iqlim fəlakətlərinin məsuliyyətindən qaçmaq üçün hər cür süni maneəni yaradır. Gah süni gündəmlərlə iqlim məsələsini gözardı etməyə çalışır, gah da məsuliyyətlərini başqalarının üzərinə atmaq taktikasını seçirlər.
Qərbin bu riyakarlığından isə ənənəvi olaraq kiçik ada dövlətləri və Afrika xalqları əziyyət çəkməyə davam edirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Noyabr 2024 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri