Icma.az
close
up
RU
Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan, Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur

Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan, Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Donald Trampın ABŞ-də prezidentliyi dövründə Tbilisi-Vaşinqton münasibətlərinin möhkəmlənəcəyinə ümid etdiyini bildirib. Hökümət başçısı bu barədə “X” hesabında yazıb. “Prezident Donald Trampı ikinci prezidentlik müddəti münasibətilə ürəkdən təbrik edirəm. Onun rəhbərliyi qlobal sülhü təmin etməli və gürcü-amerikan münasibətlərini gücləndirməlidir. Bu mühüm yolda sizə uğurlar arzulayıram”, - Kobaxidze vurğulayıb. Trampın seçilməsi Gürcüstan-Qərb-Rusiya üçbucağındakı siyasi proseslərə necə təsir edəcək?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gürcüstan hökumətinin Donald Trampa böyük ümidlər var.

Məhəmməd Əsədullazadə

“Gürcüstan rəhbərliyi Donald Trampın yeni siyasi administrasiyası ilə münasibət quracaq və Tramp administrasiyası da Gürcüstanla münasibətləri inkişaf etdirməkdə maraq göstərəcək. Çünki mövcud problem Bayden administrasiyası dövründə yaşandı və Tramp da Bayden administrasiyasının apardığı siyasətin bir çox istiqamətlərindən xətt çəkir. Gürcüstan da bu istiqamətdə olacaq. Gürcüstan hökuməti Tramp administrasiyası ilə əlaqələr qurmağa özü cəhd edəcək. Bu o demək deyil ki, Gürcüstanın atdığı addımlar ABŞ-ın geosiyasi maraqlarına zidd olmalıdır. Bu prosesə Tramp administrasiyası çox ciddi şəkildə diqqət edəcək”-deyə politoloq qeyd edib.

Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstan-ABŞ arasında münasibətlərdə yeni bir mərhələ başlaya bilər. Politoloqun fikrincə, Azərbaycan da Gürcüstan-ABŞ münasibətlərinin normallaşmasında maraqlıdır.

“Azərbaycan da maraqlıdır ki, proseslər Cənubi Qafqaz geosiyasi maraqlarına cavab versin. Rusiya Gürcüstanla ABŞ arasında münasibətlərin qurulmasında maraqlı deyil. Amma Gürcüstan hökuməti konkret olaraq, bu məsələdə Rusiya ilə deyil, daha çox Tramp administrasiyası ilə əlaqələri inkişaf etdirəcək. Çünki Gürcüstana siyasi-iqtisadi dəstək həmişə Qərbdən gəlib və Avropa İttifaqından Gürcüstana qarşı təzyiqləri neytrallaşdırmaq üçün Tramp administrasiyasının siyasi dəstəyinə Gürcüstan hökümətinin ehtiyacı var”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri