Icma.az
close
up
RU
Qərblə Rusiya arasında nələr yaşanır? Moskva masaya belə oturmaq istəyir

Qərblə Rusiya arasında nələr yaşanır? Moskva masaya belə oturmaq istəyir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın son açıqlaması ciddi müzakirələrə səbəb olub. Belə ki, o, Rusiya-Ukrayna müharibəsinə son qoymağa nail olmaq üçün Rusiya lideri Vladimir Putinlə əlaqə saxlamaq niyyətində olduğunu açıqlayıb. Bu, ortaya müəyyən suallar çıxarır.

Düzdür, bu suallar yeni deyil. Artıq xeyli müddətdir ki, Qərbin, konkret olaraq ABŞ-Britaniya tandeminin Rusiya ilə Ukrayna bazarlığı etdiyi iddiaları yayılıb. Bu iddialar zaman-zaman gah artır, gah səngiyir. Son proseslər fonunda yenidən mövzu gündəmə gəlib.

Həqiqətən də Ukrayna üzərindən Qərblə Rusiya arasında gizli bazarlıq gedirmi? Bu, mümkün ola bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra dünya daha sürətli şəkildə çalxalanmağa başladı:

Elvin Baxşalızadə

“Suriyada gözlənilmədən cəmi bir neçə gün ərzində Əsəd rejimi süqut etdi. Bunu geopolitik anlamda Rusiya və İranın məğlubiyyəti kimi qiymətləndirmək lazımdır. Bu məğlubiyyətdən sonra Rusiya növbəti “yağlı tikəni” itirmək istəməyəcək. Söhbət əlbəttə ki, Ukraynadan gedir. Rusiya hazırda işğal etdiyi Ukrayna ərazilərinin miqyasını daha da genişləndirir. Cəbhəboyu təzyiqi artırmağa çalışır. Bu, danışıqlar masasına getməzdən əvvəl əlini gücləndirmək istəyidir. Qərbdə isə Ukraynadakı müharibə ilə bağlı yekdil fikir görə bilmirik. Ölkələr arası ciddi fikir ayrılığı var. Xüsusilə ABŞ-ın yeni seçilmiş liderinin gələcək addımları Ukraynanın taleyini ciddi ölçüdə həll edəcək. Tramp administrasiyasının hansı addımları atacağı isə indidən dəqiq bəlli deyil.

Bütün bunları ümumiləşdirsək, hazırkı məqamda Qərblə Rusiya arasında bu mövzu ətrafında hansısa gizli anlaşmaların olması real görünmir. Sadəcə tərəflər, xüsusilə Rusiya danışıqlar masasına getməzdən əvvəl əlini mövqeyini gücləndirməyə çalışır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri