Icma.az
close
up
RU
Gürcüstan Qərblə Rusiya arasında: Siyasi hakimiyyətlər çağırışlara düzgün cavab verdikdə...

Gürcüstan Qərblə Rusiya arasında: Siyasi hakimiyyətlər çağırışlara düzgün cavab verdikdə...

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

"Dünya mediası bir neçə qlobal hadisə ilə çalxalanır. ABŞ-də prezident Donald Trampın hakimiyyətə gəlişinədək bir neçə ölkə daxilində ayrı-ayrı güclərin, qrupların mübarizəsinin şiddətlənəcəyini, eyni zamanda bir sıra ölkələr arasında qarşıdurmanın şahidi olacağıq".

Bunu Bakıvaxtı.az-a politoloq Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, Gürcüstanda, Cənubi Koreyada və Suriyada nələrin baş verdiyini görürük:

"Gürcüstanda gedən proseslərin gərginləşməsinin, etirazların yaranmasının səbəbi baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı ilə bağlı ilə söylədiyi ifadələr oldu. Baş nazir qeyd etdi ki, rəsmi Tbilisi Aİ ilə 2028-ci ilədək üzvlük müzakirələrini dayandırmaq fikrindədir”.

Müsahibimiz xatırladıb ki, buna qədər Gürcüstanda parlament seçkisi keçirilmişdi və seçkilərin nəticələrinə etiraz edən müxalifət partiyaları və o cümlədən prezident Salome Zurabişvili gürcüləri küçələrə səsləsə də, çox az qisim insan küçələrə çıxdı. Yəni meydanlar etirazçılarla dolmamışdı. Az qisim kütlə də artıq evlərinə qayıtmaq üzrə idi:

“Lakin baş nazirin məlum açıqlamasından sonra Gürcüstanın avrointeqrasiyasını dəstəkləyənlər küçərə axışdılar və etiraz askiyalarına başladılar. Əlbəttə, müəyyən kəsimin Gürcüstanın Qərbə, Avropaya inteqrasiya istəyi səmimi ola bilər. Ancaq məsələ ondadır ki, belə hadisələrdən, qarışıqlıq və gərginlikdən hər zaman sui-istifadə edən qruplaşmalar, dairələr olur. Bu gün də onlar meydandadır".

Həmsöhbətimizə görə, heç də istisna deyil ki, küçədəki öyrədilmiş insanları, Qərbin agentura şəbəkəsi tərəfindən ortaya atılan qüvvələri məqsədli şəkildə istiqamətləndirən dairələr mövcuddur:

"Gürcüstanda siyasi qüvvələr, media və vətəndaş cəmiyyəti Qərblə Rusiya arasındakı mübarizənin ortasında qalıblar. Hazırda Gürcüstanda cəmiyyət iki yerə parçalanıb. Bu, açıq faktdır. Bir tərəf Rusiya ilə münasibətlərin normallaşmasını arzulayırsa, digər tərəf Avropaya inteqrasiyanı dəstəkləyir. Gənclər və ayrı-ayrı sosial qruplar arasında həmrəylik yoxdur. "Gürcü Arzusu" isə suveren siyasət aparmaq istəyir. Ölkəsinin Ukraynadan sonra ikinci cəbhə olmasına imkan vermək istəmir”.

Zaur Məmmədov: Küçədəki öyrədilmiş insanları məqsədli şəkildə istiqamətləndirən dairələr var

Politoloq qeyd edib ki, Gürcüstan parlamenti ölkəni, ictimaiyyəti narahat edən istənilən məsələ ilə bağlı qanunlar qəbul edə bilər:

“Niyə Gürcüstanda qəbul olunan daxili qanunlara qarşı ABŞ və Avropa İttifaqında narazılıq bildirənlər, qarşı çıxanlar olmalıdır? Sadəcə tənqid etməklə kifayətlənmir, təzyiqlərə, sanksiyalara da əl atırlar, şantaj edirlər. Bunlar göstərir ki, siyasi hakimiyyətlər çağırışlara vaxtında və düzgün cavab verdikdə bu cür təlatümlərdən uzaqlaşırlar".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri