Icma.az
close
up
RU
Qərblə Şərqin qovşağında yerləşən TDT nin geosiyasi xətti nələr vəd edir Şərh

Qərblə Şərqin qovşağında yerləşən TDT nin geosiyasi xətti nələr vəd edir Şərh

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

 “Ölkəmizin hazırkı dövrün çağırışlarından olan türk dünyasının birliyinə, həmrəyliyinə verdiyi töhfələri nəzərə alsaq, o zaman Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri və Türk Dövlətləri Təşkilatının (TDT)  qeyri-rəsmi Zirvə görüşündə iştirakı dediklərimizin əhəmiyyətini aydın göstərir. Zirvə görüşünün yekununda isə Prezident İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu gün türk dünyasının birliyini bir daha təsdiqlədik. Birgə həyata keçirdiyimiz layihələrin icrasına yeni təkan verdik.  

Ümumilikdə 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyası böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir”. 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat əlavə edib ki, hazırda TDT-yə üzv olan müstəqil türk dövlətləri 155 milyon əhaliyə sahib olmaqla 4,5 milyon kvadratmetr coğrafi ərazini əhatə edir 1,5 trilyon dollara yaxın nominal ÜDM-ə sahib olmaqla dünyada 13-cü yerdə qərarlaşır: “Alıcılıq qabiliyyəti pariteti üzrə isə türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Türk dövlətlərini vahid dövlət strukturu kimi götürsək, ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə hesab olunardı. Bu potensial Türk dünyasının iqtisadi gücünün real dəyəridir. İmkanlar isə daha böyükdür, nəqliyyat-tranzit imkanları, “yaşıl enerji”, turizm və digər potensiallarla birlikdə bu coğrafiyanın üzvlərinin iqtisadi gücü daha da artmış olacaq. Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu məqsədlə türk ölkələri ticarətin asanlaşdırılması, azad gömrük ittifaqının yaradılması, prefererensial ticarət rejimin yaradılması istiqamətində səylərini birləşdirib”.

Deputat əlavə edib ki, daha bir maraqlı məqam isə isə Zirvə görüşündə açıqlanan rəqəmlər idi: “Zirvə görüşündə açıqlanan rəqəmlərə nəzər yetirsək aydın olar ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.

Bundan əlavə Azərbaycanın müəllifi olduğu Transadriatik qaz kəmərini (TAP) elə TDT-nin iqtisadi uguru da adlandırmaq olar. Bu kəmər vasitəsilə 4 türk ölkəsinin sahib olduğu Xəzərin qaz mənbələri hesabına Avropaya ildə 80-100 milyard kubmetrə yaxın qaz nəql etmək mümkün olacaq. Bu, Avropanın qaz tələbatının ən azı 40 faizi deməkdir. İllik ticarət dəyəri isə 70-80 milyard dollar deməkdir.

Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Bu istiqamətdə yürüdülən məqsədyönlü siyasət nəticəsində açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

2024-cü ildә Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 11 milyon ton təşkil edib. 

Hazırda TDT dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir.

İqtisadiyyat, loqistika, turizm sahəsindəki əməkdaşlıq TDT-yə üzv ölkələrin gəlirlərini tənzimləyə bilər. Son illər ərzində türkdilli ölkələrin arasında turizm sahəsində mühüm irəlləyişlər əldə edilib. Sözsüz ölkələrin iqtisadiyyatının inkişafının sürətləndirilməsi üçün bütün sahələrdə əməkdaşlıq vacibdir. Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü yeni imkanların yaranması baxımından önəmlidir”.

Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 May 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri