Icma.az
close
up
RU
Qərənfil: 30 ilin əvvəli mən, sonu xarıbülbül oldu

Qərənfil: 30 ilin əvvəli mən, sonu xarıbülbül oldu

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

–Mənə niyə ölü gülü deyirlər axı, günahım nədir? Axı 1990-cı ildən əvvəl mən hər kəsin ən sevdiyi, əl-əl axtarılan bir çiçək idim. İlin bütün fəsillərində hər kəsin ehtiyacını ödəyən, sevgililərin bir-birinə bağışladığı, ad günlərində buketləşən, nişan-toy gülü idim. Yay-qış məni bititrməyə-yetirməyə çalışanlar var idi. Mənimlə şəxsi biznesini qurub başqalarından fərqli yaşayanlar var idi.

Nə edim ki, alın yazım belə yazılıbmış... 90-cı ildə Azadlıq meydanında 70 illik rus imperiyasının buxovlarını darmadağın edib müstəqillik uğrunda mübarizəyə qalxan və üzərinə yeridilən rus ordusunun qəddarlığına uğrayan yüzlərlə şəhidin, torpağı al edən qanın üzərinə düzüldüm. 20 Yanvarda, qışın o çağında mən var oldum, küçələri, dalanları bəzədim, mən şəhid gülünə, azadlıq çiçəyinə çevrildim. Müstəqillik uğrunda canlarından keçənlərin ilk həmdəmi oldum. Ana-atalarından, yaxınlarından öncə mən aldım onları qoynuma. Nalə çəkdim, ağı dedim, göz yaşı axıtdım. Hansı ki, qoynumda həyatla vidalaşanların bir zamanlar mən qoyunlarında, əllərində ən xoş günlərə yollanırdım. Bir gecədə bəzədim Bakının küçələrini. O gecə ad günü olanların ad gününü qeyd etdim, sevgilisiylə görüşə gedənlərin görüş yeri, hədiyyəsi oldum. Toyuna hazırlaşanların toyunu etdim. Ən əsası isə müstəqillik, azadlıq təşnəsi kimi küçələrə səpildim. Elə o gündən mən şəhid gülü oldum, ölü gülü deməyin, mən şəhidlərin-ölməzlərin, əbədi yaşayanların gülüyəm. Mən müstəqillik gülüyəm, azadlığa gedən yolda mən də varam. Ölü gülü deyiləm, əbədi müstəqilliyə gedən yolun şahidi, bələdçisiyəm.

Bəzən məni alır, mənzilbaşınadək qəzetə bükülü aparırlar. Utanırmı inanlar məndən? Axı mən qürur gülüyəm, niyə utansınlar ki? Yaxşı məni istəmirlər, barı qəzetə hörmət etsinlər. Qəzet nə çətinliklə yaranıb, ərsəyə gəlir, bilirlərmi? Bugünkü azadlığımız, müstəqilliyimiz üçün mətbuata, qəzetlərə də borclu deyilikmi? Həsən bəy Zərdabi qanı bahasına qəzet yaradanda, rus çarizmi tərəfindən təhdid ediləndə, insanların beyninə maarifçilik toxumunu səpib illərlə cücərməsini gözləyəndə, onlara olmazın çətinlikləri ilə qəzet oxudanda, qəzetində əkinçiliyə çağırış altında azadlığa çağırış edəndə nə bilərdi ki, ömrünü verdiyi qəzet neçə əsr sonra bəzi insanların lüzumsuz istifadəsinə çevriləcək. Budurmu siz insanların bir-birinizə qoyduğunuz hörmət? Budurmu böyük bir tarixə, ənənəyə malik mətbuata verdiyiniz dəyər? Əlinizə gələni, həmçinin də məni bükməyin qəzetlərə, oxuyun qəzetləri. Qoymayın internet dünyası qəzetlə təmasınızı, bu tarixi nümunəni də tamamilə əlinizdən alsın.

Mənə bəraət verin, ey insanlar! Tökün daşı ətəyinizdən. Ölü gülü deməyin mənə, qəzetlərə bükməyin, başıaşağı tutmayın, heç kimdən gizlətməyin. Mən bunları haqq etmirəm. Qaytarın mənə sevginizi. Xarıbülbül də 30 ildi ki, başını aşağı dikmişdi. Torpağı əlindən alınmışdı, mənəviyyatı, heysiyyəti təhqir olumuşdu. Düz 30 il idi ki, nə yazısı yazıydı, nə də ki, yazı. Açmırdı, gizlətmişdi gözəlliyini. Qarabağın matəmini saxlayırdı. İşğal olunmuş torpaqların yasını tuturdu, sızlayırdı, ağlayırdı. İndi baxın onun büsatına. 44 günlük payızla yazı gəldi xarıbülbülün. Mənimlə başlanan azadlıq mübarizəsində şəhid olanların övladları 17-18 ildə bu ölkədə elə böyüdülər, elə tərbiyə olundular ki, ata-babalarının 90-cı illərdə uğrunda şəhid olduqları, o zamankı rəhbərlərin ermənilərə satdıqları torpaqları azad etməyə yollandılar. 20 Yanvarın, Xocalı faciəsinin, ermənilərin əsrlərlə xalqımıza qarşı törətdikləri soyqırımların da, bir-birinin ardınca işğal olunan torpaqların, didərgin salınan, öldürülən, qapıları illərlə bağlı qalan qarabağlıların da, o zaman həmin torpaqlar uğrunda canını qurban edənlərin də qisasını aldılar. 44 gündə Qarabağ ölkəmizə layiqli rəhbərlik edən sərkərdənin müzəffər ordusunun rəşadəti ilə düşməndən geri alındı. Minlərlə şəhid verdik yenə. Lakin torpaqlarımıza doğma nəfəs dəydi, namusumuz, heisiyyətimiz təmizləndi. Dünya Azərbaycana heyran qaldı.

Xarıbülbülü şəhidlər qanları ilə suvardılar. Onu şəhid nəfəsi həyata qaytardı. Otuz ildə çiyninə düşən başı yuxarı qalxdı, ta yazı gözləmədi, elə payızdaca çiçək açdı. Otuz ilin əvvəlinin şahidi mən – qərənfil, sonunun şahidi isə xarıbülbül oldu. Əzizləndi xarıbülbül, yenidən adına nəğmələr qoşuldu, hər kəs sinəsində gəzdirir indi onu. Mənim kimi nə adı ölü gülüdür, nə də qəzetlərə bükülür. Rəsmləri hər yeri bəzəyir. Artıq başı dik, üzü ağ, könlü açıq, hamının sözü-söhbətidir. Onun üzündəki gülüşün səbəbi mənəm, bilirsinizmi? 30 il əvvələ bir nəzər salın. Mən igidimi oxşamasaydın, xarıbülbül 30 il sonra açardımı? Mən azadlıq mücahidlərini o gecə qoynuma almasaydım, onların davamçıları Qarabağa yollanardımı? 30 ilin əvvəlində mən, sonunda xarıbülbül varsa, mənə bəraət verin. Ölü gülü yox, şəhid gülü deyin, qəzetə bükməyin, qürürla əlinizdə gəzdirin məni. Qatın məni də güllərə, çiçəklərə, yaralı qəlbimə məlhəm olun. Başımı dik tutun, “ağla, qərənfil, ağla”, –deməyin, “gülümsə qərənfil”, – deyin. Mən də, siz də şəhidimizi unudan deyilik sonsuzadək, onlar üfüqlərdən daim gülümsəyirlər bizə. Siz də məni gülümsədin, mənə bəraət verin!

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:432
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Fevral 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri