Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Qərəzli kampaniyaların heç bir nəticə vermədi”

“Qərəzli kampaniyaların heç bir nəticə vermədi”

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

IV Şuşa Qlobal Media Forumu işini uğurla başa vurdu. Qlobal informasiya məkanında vacib məsələlərin müzakirə olunduğu nüfuzlu platforma olan forum çərçivəsində Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandıraraq Azərbaycanın xarici siyasəti, regional proseslər və qlobal çağırışlarla bağlı mühüm mesajlar səsləndirdi.

Dövlət başçısı çıxışında dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini, milli maraqlara söykənən xarici siyasət kursunu, regional əməkdaşlıq perspektivlərini və qlobal geosiyasi proseslər fonunda ölkənin artan rolunu geniş şəkildə şərh etdi. Bir daha vurğulandı ki, Azərbaycan artıq Avrasiya məkanının mühüm siyasi və iqtisadi aktorlarından biridir. 
Cənab Prezidentin diqqət çəkən mesajlarından biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində “orta güc” statusuna yüksəlməsi ilə bağlı olub. Bu status ölkənin müstəqil siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi, güclü iqtisadi və hərbi potensiala malik olması, eləcə də regional və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin məntiqi nəticəsi kimi qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan artıq regional proseslərin gedişinə təsir göstərən vacib tərəfdaşlardan biridir.
Çıxışda ölkənin geostrateji mövqeyindən səmərəli istifadə etməsinin yaratdığı üstünlüklər də ön plana çəkilib. Prezident İlham Əliyev bildirib ki, son illərdə həyata keçirilən iri infrastruktur layihələri, müasir nəqliyyat-logistika sistemi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq Azərbaycanın Avrasiyanın əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməsini təmin edib.

Enerji təhlükəsizliyi də Prezidentin çıxışında xüsusi yer tutub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycanın enerji resurslarına marağın əhəmiyyətli dərəcədə artdığı, hasilatın və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.

Çıxışın mühüm istiqamətlərindən biri də Avropa təsisatları ilə münasibətlər olub. Rəsmi Bakı Avropa İttifaqı ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqda maraqlı olduğunu bir daha bəyan edib. Eyni zamanda, Avropa Komissiyasının bəzi sabiq nümayəndələrinin Azərbaycana qarşı qərəzli yanaşmasının münasibətlərə mənfi təsir göstərdiyi qeyd olunub. Bununla yanaşı, hazırkı mərhələdə daha konstruktiv əməkdaşlıq üçün əlverişli şəraitin yarandığı da vurğulanıb.

Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin Azərbaycana münasibətdə sərgilədiyi qərəzli yanaşma da Prezidentin diqqət çəkdiyi məsələlərdən olub. Dövlət başçısı bildirib ki, ölkəmizə qarşı qəbul edilən bəzi qərarlar hüquqi deyil, siyasi xarakter daşıyır və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra davam etdirilən bu yanaşma ikili standartların təzahürü kimi qiymətləndirilə bilər. Azərbaycanın həmin təşkilatlarla gələcək əməkdaşlığının yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlər əsasında mümkün olacağı vurğulanıb.

ABŞ ilə münasibətlərə toxunan Prezident İlham Əliyev Bakı ilə Vaşinqton arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib. Yeni dialoq mühiti, yüksək səviyyəli qarşılıqlı təmaslar və strateji tərəfdaşlığın inkişafı istiqamətində atılan addımların ikitərəfli münasibətlər üçün yeni imkanlar yaratdığı qeyd olunub. Eyni zamanda, Azadlığa Dəstək Aktına edilmiş “907-ci düzəliş”in mövcud geosiyasi reallıqlara uyğun gəlmədiyi və onun ləğvinin zəruri olduğu bir daha diqqətə çatdırılıb.

Ən mühüm mesajlardan biri isə milli birlik və daxili həmrəyliklə bağlı olub. Prezident vurğulayıb ki, mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın əsas gücü xalqın birliyi, dövlətlə cəmiyyət arasında mövcud həmrəylik və milli maraqlar ətrafında sıx birləşməsidir. Gənclərin milli-mənəvi dəyərlərə sadiq, yüksək vətənpərvərlik ruhunda formalaşdırılmasının ölkənin gələcək inkişafı baxımından həlledici əhəmiyyət daşıdığı xüsusi qeyd edilib.

Bununla yanaşı, IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, bəzi qərəzli dairələrin və anti-Azərbaycan qüvvələrinin forumun nüfuzuna kölgə salmaq, tədbirin beynəlxalq əhəmiyyətini azaltmaq istiqamətində apardıqları kampaniyalar heç bir nəticə vermədi. Dünyanın onlarla ölkəsindən nüfuzlu media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilat təmsilçilərinin Şuşaya gələrək forumda fəal iştirak etməsi bu cəhdlərin tamamilə iflasa uğradığını nümayiş etdirdi. Xarici qonaqlar Qarabağda yaradılmış yeni reallıqları öz gözləri ilə gördülər, bölgədə aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış oldular və bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı əldə etdilər. Bu isə dezinformasiya və qərəzli təbliğatın faktlar qarşısında davamlı ola bilmədiyini bir daha sübut etdi.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı və forum çərçivəsində aparılan müzakirələr bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal geosiyasi dəyişikliklər fonunda milli maraqlarına söykənən müstəqil siyasət kursunu ardıcıl şəkildə davam etdirir. Şuşa Qlobal Media Forumu isə həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması, media əməkdaşlığının inkişafı, sülh və qarşılıqlı etimadın təşviqi baxımından öz əhəmiyyətini ildən-ilə daha da artıran nüfuzlu beynəlxalq platforma kimi mövqeyini möhkəmləndirir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 İyul 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri