Qərəzsiz yanaşma ictimai etimad üçün əsas şərt hesab olunur ŞƏRH
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Vaxtilə Okampo kimi şəxslərin fəaliyyəti ilə bağlı Azərbaycan ictimaiyyətində geniş müzakirələr aparılırdı. Həmin dövrdə bir çox ekspertlər və ictimai rəy nümayəndələri onların mövqelərinin qərəzli olduğunu bildirirdilər".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçi sözlərinə belə davam edib: "Digər tərəfdən isə bəzi çevrələr bu fikirlərlə razılaşmır, həmin şəxslərin guya obyektiv mövqe sərgilədiyini iddia edirdilər.
Zaman keçdikcə ortaya çıxan faktlar və hadisələrin inkişafı göstərdi ki, bu məsələlərlə bağlı səsləndirilən narahatlıqlar müəyyən əsaslara söykənirmiş. Bu baxımdan müxtəlif beynəlxalq siyasi fiqurların, o cümlədən Josep Borrell kimi şəxslərin bəzi açıqlamaları da ictimai müzakirələrə səbəb olmuşdur.
Əlbəttə, istənilən ölkə ilə bağlı tənqidlər normaldır və sağlam ictimai mühitin bir hissəsidir. Lakin bu tənqidlər faktlara əsaslanmalı, qərəzsiz və obyektiv olmalıdır. Əks halda, əsassız iddialar və ya birtərəfli yanaşmalar cəmiyyət tərəfindən qəbul edilmir və müvafiq reaksiyalara səbəb olur.
Bu cür hadisələr bir daha göstərir ki, informasiya və mövqe formalaşdırarkən məsuliyyətli yanaşma sərgiləmək, faktlara söykənmək və obyektivliyi qorumaq vacibdir. Bu isə həm ictimai etimadın qorunması, həm də sağlam müzakirə mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 01 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















