Qətərdə beynəlxalq göyərçin yarışması təşkil olunacaq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qahirə, 3 iyun, AZƏRTAC
Qətərdə beynəlxalq poçt göyərçini yarışması (“Katara One Loft Race”) keçiriləcək. Kattara Mədəniyyət Fondu tərəfindən təşkil ediləcək yarışın ümumi mükafat fondu 205 min ABŞ dollarıdır.
AZƏRTAC “The Peninsula” qəzetinə istinadla xəbər verir ki, qeydiyyat həm Qətərdən, həm də digər ölkələrdən olan göyərçin yetişdiriciləri və həvəskarları üçün açıqdır.
Yarışda iştirak edəcək quşlar iyunun 10-dan avqustun 31-dək Umm Baraka bölgəsində yerləşən yarış qərargahında qəbul ediləcək.
Müsabiqə beynəlxalq səviyyədə tanınan Benzing One Loft Race (OLR) sistemi əsasında keçiriləcək. Bu sistemə uyğun olaraq, bütün göyərçinlər final yarışından əvvəl eyni təlim və yarış proqramından keçəcəklər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:159
Bu xəbər 03 İyun 2026 02:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















