Qətərdə helikopter qəzasında 7 nəfər həlak oldu Aralarında türk hərbçilər də var
Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Qətərdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
“Qafqazinfo” “Al Jazeera”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında planlı uçuş zamanı baş verib.
Qətər Müdafiə Nazirliyinin “X” platformasında yaydığı rəsmi məlumatda bildirilir ki, helikopter texniki nasazlıq nəticəsində idarəetməni itirərək dənizə düşüb. Göyərtədə ümumilikdə yeddi nəfərin olduğu bildirilir.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Qətərdə baş verən helikopter qəzası ilə bağlı xəbəri təsdiqləyib.
Məlumata görə, Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter martın 21-i axşam saatlarında texniki nasazlıq səbəbindən dənizə düşüb. Faciəvi qəza nəticəsində ümumilikdə 7 nəfər həlak olub.
Nazirliyin məlumatına görə, şəhid olanlar arasında Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu, ASELSAN şirkətinin 2 texniki əməkdaşı və Qətər Silahlı Qüvvələrinin 4 əməkdaşı yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 Mart 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















