Qətərdə yeni partlayışlar eşidildi
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Trend" məlumat yayıb.
Məlumata görə, partlayışlar bir sıra insidentlər nəticəsində baş verib. Bundan təxminən on saat əvvəl verilmiş hava hücumu xəbərdarlığından sonra Doha şəhərində sakinlərin mobil telefonlarına yenidən hava hücumu ilə bağlı xəbərdarlıq mesajları göndərilib.
Daha sonra "Qatar Ministry of Defence" tərəfindən bildirilib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri raket hücumunu dəf etməyə nail olub.
Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artmasından sonra bu, Qatar ərazisinə edilən ilk hücum deyil. Daha əvvəl də ölkənin Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin əraziyə yönəlmiş raket hücumu cəhdinin qarşısını aldığını açıqlamışdı.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:121
Bu xəbər 11 Mart 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















