Icma.az
close
up
RU
Qətiyyətli addımlar məhz bu missiyanın gerçəkləşməsinə xidmət edir Şərh

Qətiyyətli addımlar məhz bu missiyanın gerçəkləşməsinə xidmət edir Şərh

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

“Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. 2025-ci ilin ilk 3 ayı ərzində dövlət başçısının azad edilən bölgələrə səfərləri, bu səfərlər zamanı təməli qoyulan və yaxud istifadəyə verilən sosial-iqtisadi və mədəniyyət obyektləri tarixi Qarabağımızın işğaldan öncəki simasına qovuşmasında sanballı rol oynayacaq”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib. 

Onun sözlərinə görə, Prezident Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasını xüsusi və prinsipial proqram üzrə həyata keçirir. “Milli Məclisə təqdim olunan 2025-ci ilin dövlət büdcəsində azad edilən ərazilərin bərpası üçün daha 4 milyard manat vəsaitin nəzərdə tutulması isə o anlama gəlir ki, dövlət 30 il işğal altında qalan və tamamilə dağıdılan Qarabağın şəhər, kənd və qəsəbələrinin qısa müddətdə bərpasında israrlıdır”, - o qeyd edib.

Deputat bildirib ki, proses 2 istiqamətdə gedir: 

“Birincisi, qayıdış və ikincisi, yeni infrastrukturun yaradılması. Prezident İlham Əliyevin Ağdərə və daha sonra Ağdam və Şuşaya səfərləri zamanı da vurğuladığı kimi, keçmiş məcburi köçkünlərin doğma yerlərində xoşbəxt yaşamaları üçün bütün addımlar atılır. Əhalinin doğma torpaqlarına qayıdışı həm təhlükəsizlik, həm də iqtisadi nöqteyi-nəzərdən strateji önəm daşıyır. Qarabağ və Şərqi Zəngəzurda təhlükəsizliyin təmini hərbi eskalasiya riskini aradan qaldıracaq, iqtisadi potensialın realizəsi isə bölgənin inkişafında müstəsna rol oynayacaq.

Prezidentin tapşırıqları əsasında Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla həyata keçirilir. Artıq Zəngilanın Ağalı kəndi, Ağdərə rayonunun Talış, Həsənriz və Suqovuşan kəndlərində, Füzuli şəhəri, Şuşa şəhəri, Laçın şəhəri, Laçın rayonunun Sus və Zabux kəndlərində, Cəbrayıl şəhəri, Xocalı şəhəri və Xocalı rayonunun Ballıca kəndində 10 mindən çox keçmiş məcburi köçkün yaşayır. Ötən həftə Ağdamın Sarıcalı kəndinin ilk sakinlərinə Prezident tərəfindən evlərin açarları təqdim olundu. Kəndin tikintisinin 1-ci mərhələsində 895 nəfər, yəni 203 ailə bura köçürüləcək. Əgər Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən şəxsləri də bu siyahıya əlavə etsək, regionda yaşayanların sayı 40 mindən artıq olur. Prezident İlham Əliyev Ağdama səfəri zamanı qayıdış və keçmiş köçkünlərlə bağlı qarşıda duran hədəfləri belə şərh edərkən deyib:  “Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”. 

Bəli, dövlət başçısı Ağdamda bir daha cari il ərzində əhalinin doğma yerlərinə köç prosesinin davam edəcəyinin anonsunu verdi. Beləliklə, 2025-ci ilin sonuna qədər regiona təqribən 30-40 min insan qayıtmalıdır ki, bu da ümumilikdə, azad edilmiş ərazilərdə yaşayanların sayının 70-80 minə çatacağından xəbər verir. Bundan başqa, ilin sonuna kimi daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq. Bu isə Qarabağ və Şərqi Zəngəzurun 30-a yaxın yaşayış məntəqəsinin keçmiş köçkünlər tərəfindən məskunlaşacağı deməkdir”. 

O əlavə edib ki, Qarabağ tamamilə yeni tərzdə, yeni şəhərsalma standartları çərçivəsində sürətlə qurulmaqdadır: “Ancaq dirçəliş prosesi tək Şuşanı deyil, bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə edir. İlk növbədə, bölgədə yol-nəqliyyat infrastrukturunun bərpası istiqamətində intensiv işlər görülür. Çünki hər bir bölgənin abadlığı və inkişafı yoldan başlayır. Qarabağ və Şərqi Zəngəzurun həm də turizm zonası olduğunu nəzərə alsaq, nəqliyyat məsələlərinin qısa müddətdə həlli regiona dünya ölkələrindən minlərlə turistin səfər etməsini xeyli asanlaşdıra bilər. Beləliklə, 
- azad edilmiş ərazilərdə 40-dan çox avtomobil yolu layihəsi icra edilib və ya edilməkdədir; 
- 45 tunel, 447 körpü, 16 viadukun tikintisi nəzərdə tutulur ki, artıq 28 tunel, 392 körpü və 9 viadukun tikintisi başa çatdırılıb;
- Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib; 
- Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. 

Azad edilən ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə istiqamətində də sistemli işlər görülür. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırıqları əsasında 4 il ərzində 270 MVt gücündə 32 su-elektrik stansiyası istismara verilib, 2025-ci ildə isə 11 su-elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumiyyətlə, yaxın gələcəkdə bölgədə daha 200 MVt-lıq su-elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur ki, bu da doğma yerlərinə qayıdan insanların enerji ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayacaq.

Azərbaycan dövləti azad edilən bölgələrin iqtisadi potensialının üzə çıxarılması, realizəsi və ixracı istiqamətində də punktual addımlar atır. Sənaye potensialı Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası və əhalinin məşğulluğunun təminin üçün də xüsusi önəm daşıyır. Hazırda Prezidentin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı fəaliyyət göstərir. Bu parklarda sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. 

Ağdam Sənaye Parkı rezidentlərin sayına görə, bu gün yalnız Sumqayıt Kimya Sənaye Parkından geri qalır. Parkın ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 33 sahibkarlıq subyekti tərəfindən 2400-dən çox iş yeri yaradılıb. Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Ən sevindirici məsələ odur ki, istehsal edilən məhsullardan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə olunur. Artıq ixrac istiqamətində də uğurlu addımlar atılır. 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə ümumilikdə, 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bir sözlə, bu gün azad edilən bölgələrdə həyata keçirilən bərpa-quruculuq işləri əhalinin doğma yerlərində məskunlaşması ilə yanaşı, onların məşğulluq problemlərinin həllində mühüm rol oynayır. Gələcəkdə istər Şuşa, istər Xankəndi, istər Ağdam, istərsə də digər rayonlar həm turizm, həm də böyük tədbirlərin keçiriləcəyi məkanlara çevriləcək. Bu isə 30 illik erməni işğalından sonra cəmi 4-5 ilə yenidən qurulan Azad Qarabağın dünya miqyasında tanınması və şöhrət qazanmasının əsas stimullaşdırıcı faktoru olacaq. Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar məhz bu missiyanın gerçəkləşməsinə xidmət edir”.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Aprel 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri