Icma.az
close
up
RU
“QEYBƏ ÇƏKİLƏN” ABUTALIBOV... Bakının acınacaqlı vəziyyəti təkcə onun “əsəri dirmi?

“QEYBƏ ÇƏKİLƏN” ABUTALIBOV... Bakının acınacaqlı vəziyyəti təkcə onun “əsəri dirmi?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər Türkiyədə İstanbul merinin həbsi ətrafında baş verənlər böyük şəhərlərin kim tərəfindən və necə idarə olunmasının istənilən bir ölkə üçün nə qədər önəm daşıdığını bir daha ortaya qoymuş oldu.

Məsələnin siyasi tərəfinə toxunmağa və Türkiyəni Azərbaycanla müqayisə etməyə dəymir. Çünki Azərbaycanda şəhər rəhbərləri təyinatla müəyyənləşdirilir. Bununla yanaşı, normal ölkələrdə iri ranqlı məmurlar, nazirlər, şəhər merləri və s. vəzifələrilə vidalaşandan sonra da daim medianın gündəmində olurlar, öz təcrübələri, bilikləri ilə cəmiyyət üçün faydalı olmağa çalışırlar. Onların təcrübəsi onları əvəz edən yeni komandaların, kadrların fəaliyyətini qiymətləndirmək üçün böyük önəm daşıyır. Eyni zamanda, əksər hallarda partiya mənsubu olan həmin adamların siyasi karyerası da davam edir...

Azərbaycanda isə iri məmur vəzifədən atılan kimi, başını və cibini götürüb, aradan çıxır - gedir “fəxri istirahətə”! Yığdığı milyonlar, on milyonlar, tikdirdiyi imarətlər, qurduğu bizneslər də nəvə-nəticələrinə, kötücələrinə qədər bəs edir.

Bu baxımdan Bakının sabiq meri, məşhur səhnəcikdə deyildiyi kimi, “Bakını tikə-tikə sevən və sevə-sevə tikən” Hacıbala Abutalıbov da istisna təşkil etmir. Əksinə, Abutalıbovun hazırkı tox, qulağıdinc və “huzurlu” həyatı hər bir iri ranqlı Azərbaycan məmurunun arzusu, xəyalı və saysız-hesabsız korrupsiya, rüşvət, büdcə talançılığı, müxtəlif digər qanunsuzluqlar törətməsinə baxmayaraq, “necə aradan çıxmaq” lazım olduğunun nümunəsidir. Yəni hazırda da korrupsiya ilə məşğul olanlar üçün Abutalıbov nümunəsi bir etalon, əvəzolunmaz örnək mənbəyidir...

Yəqin, kimsə etiraz etməz ki, paytaxt Bakıdakı mövcud xaotik, səliqəsiz, əndrabadi, bir sözlə, müasir şəhərsalma fəlsəfəsilə, mədəniyyətilə heç bir əlaqəsi olmayan tikintilərin, sıxlığın, tıxacların və s. bünövrəsi əsas etibarilə Abutalıbovun merliyi dövründə qoyulub. Ancaq sözsüz ki, Bakının bugünkü vəziyyəti təkcə onun “əsəri” deyil...

Xüsusilə də neft bumu zamanında tikinti maqnatına çevrilən iri məmurların acgözlüyü sayəsində yaşanan tikinti bumu nizamsız, pinti, yırtıcı hal aldı. Digər yandan özünə bir küncdə yaşamağa yer axtaran “qara camaat” da bu prosesdən geri qalmadı. Kimin əlinə pul düşdüsə, ya eyvanını qabağa çəkdi, ya sonuncu mərtəbədə yaşayırsa, binanın üstünə bir mərtəbə də artırdı, ya yolu kəsib ev, obyekt tikdi, ya da ən azından hasarını yolun ortasına qədər çıxarıb, ərazisini 1-2 metr də artırdı və sair. Hər şey də “makler butkası”na çevrilmiş icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının rüşvət qarşılığındakı xeyir-duası və razılığı ilə, yəni, “kəndxudanı gör, kəndi çap” prinsipi əsasında.

Yeri gəlmişkən bu prinsip elə indinin özündə də paytaxtın bəzi rayonlarında və regionlarımızda “saat kimi” işləməkdədir və torpaq, tikinti icazəsi, qanunsuz tikililərə göz yummaq kimi məsələlərdə icra strukturları ilə vətəndaş arasında “şıdırğı alver” davam edir...

Bakının bir çox nizamsız, basırıq, qarışıq tikintilərlə dolu əraziləri Abutalıbovun tədbirlərin birindəki ingilis dilində çıxışını xatırladır. İngilis dilində necə danışırdısa, şəhəri də o cür idarə edirdi. Elə bil şəhərin mərkəzini Dubayı tikən mühəndislər, ətraf əraziləri isə dəlixanadan qaçan “prorablar” və fəhlələr tikib...

Yəni paytaxtımızın bir sıra ərazilərinin salındığı vəziyyətə yaxından nəzər yetirəndə, bunun ağlı başında olan bir şəhər başçısı tərəfindən edildiyini düşünmək çox çətindir. Bunun üçün sübut kimi “dəlilik kağızı”na da ehtiyac yoxdur...

Guya şəhəri Abutalıbovun gözləlləşdirdiyinə dair iddialara gəlincə, neft pullarının sel kimi axdığı illərdə Bakının mərkəzini - “görünən yerini” Dubaya, nisbətən gözdən uzaq hissələrini isə “qaraçı məhəlləsinə” döndərmək və bunun üçün yüz milyonlar, milyardlar silmək elə də böyük ağıl, istedad, zövq və fədakarlıq tələb etmirdi. Amma bütün bunları gülərüz, məsum, günahsız sifətlə etmək, milləti və bu boyda - milyonluq paytaxt şəhəri 17 il(!) “barmağına dolamaq” isə xüsusi istedad, aktyorluq bacarığı tələb edirdi ki, bunlar da Abutalıbovda olub və sözsüz ki, indi də var...

Son zamanlar sabiq meri “gördüm” deyən yoxdur. Səhv etmiriksə, sonuncu dəfə ictimaiyyət onun “mələk simasını” YAP-ın qurultayında görüb.

Deyilənə görə, Abutalıbov hazırda Bakıdakı çoxsaylı evlərinin və villalarının heç birində yaşamır. Onun Qaxda, İlisuda, təbiət qoynundakı malikanəsində məskunlaşdığı, necə deyərlər, “orqanik həyat yaşadığı” barədə xəbərlər var. Bunun özü də sabiq merə “psixi diaqnozlar” qoyanların nə qədər böyük səhv, hətta “qələt” etdiyinə işarədir...

İndi Abutalıbov Qaxda, yaxud hansısa başqa bir dilbər, səfalı guşədə oturub, bu yazının müəllifi də daxil olmaqla, Bakıda uzun illər boyu onun və onun kimilərin “təpiyinə dözən”, havası çoxdan çirklənmiş paytaxtın iç-içə, sıx, boğucu, tıxaclı, səs-küylü, stresli həyatını yaşayan bizim kimilərə rişxəndlə baxaraq, deyir: “Ağıllı mənəm, yoxsa siz?!”

Cəlal Məmmədov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri