Icma.az
close
up
RU
Qeybətin Yeni Üzü: Sosial Şəbəkələr

Qeybətin Yeni Üzü: Sosial Şəbəkələr

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas

“Texnologiya dəyişdi, amma Allahın əmrləri dəyişmədi. Dünən dillə edilən qeybət, bu gün bəzən bir paylaşım, bir şərh, bir video və ya bir şəkillə edilir. Vasitələr dəyişsə də, məsuliyyət dəyişmir.”

Uşaqlıq illərində küçəmizdə bir nəfər söz gəzdirən adam vardı. Hamı onu yaxından tanıyırdı. Elə buna görə də heç kim onun yanında artıq-əskik danışmaz, kiminsə sirrini bölüşməzdi. Bilirdilər ki, eşitdiyi sözü birinin üstünə onunu qoyub danışacaq, insanların arasına söz salacaq, xeyirdə də, şərdə də ağzına gələni söyləyəcək.

Rəhmətlik atam və anam mənə dönə-dönə nəsihət edərdilər: “Oğlum, söz gəzdirən, qeybət edən insandan uzaq dur. Çünki başqasının sirrini daşıyan, sabah sənin də sirrini yayacaq.”

O zaman belə insanlar çox az idi. Özümüzü onlardan qorumaq da elə çətin deyildi.

İllər keçdi…

Bu gün isə tamam başqa bir dövrün içindəyik. Artıq söz gəzdirmək üçün nə məclisə getməyə, nə də qapı-qapı dolaşmağa ehtiyac var. Bir telefon və bir sosial şəbəkə hesabı kifayətdir ki, kiminsə şəxsi həyatı, ağrısı, qəzası, göz yaşı, hətta ən məhrəm anları belə saniyələr içində minlərlə insana yayılsın.

Bəzən insanlar özlərinə zərrə qədər aidiyyəti olmayan hadisələri telefonları ilə çəkir, paylaşır və bunun fərqinə varmadan (bəzən bilərəkdən) başqasının abrını, ləyaqətini və şəxsi həyatını zədələyirlər. Daha acısı isə odur ki, bəziləri bunu cəsarət, xəbərçilik və ya xidmət kimi təqdim edir. Halbuki Allahın örtdüyünü açmaq, insanların eybini yaymaq və başqasının acısını tamaşaya çevirmək nə vicdana, nə də İslam əxlaqına sığır.

Bu gün təhlükə təkcə dillərdə deyil. Təhlükə barmaqlarımızın ucundadır. Bir toxunuşla etdiyimiz paylaşım, yazdığımız bir şərh, yaydığımız bir video və ya şəkil bəzən bir insanın qəlbini qırmağa, abrını zədələməyə və haqqına girməyə kifayət edir.

Unutmamalıyıq ki, qeybət yalnız danışmaq deyil. Qeybət bəzən yazmaqdır, bəzən paylaşmaqdır, bəzən də susmalı olduğumuz yerdə paylaş düyməsini sıxmaqdır. Əsl müsəlman başqasının eybini araşdıran deyil, onu örtəndir. Çünki başqasının abrını qoruyan insanın abrını da Allah qoruyar.

Uca Allah buyurur:

“Ey iman gətirənlər! … Bir-birinizin gizli hallarını araşdırmayın və bir-birinizin qeybətini etməyin. Sizdən hansı biriniz ölmüş qardaşının ətini yeməyi sevər? Siz bundan ikrah edərsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.” (Hucurat surəsi, 49:12)

Başqa bir ayədə isə Uca Allah bizi hər sözümüzə görə məsuliyyət daşıdığımız barədə xəbərdar edir:

“İnsan elə bir söz deməz ki, onun yanında onu yazmağa hazır olan nəzarətçi olmasın.” (Qaf surəsi, 50:18)

Bəlkə də bu ayələri bu gün belə də oxumağın vaxtıdır: İnsan elə bir söz yazmaz, elə bir paylaşım etməz, elə bir görüntü yaymaz ki, Allahın elmindən gizli qalsın. Çünki dəyişən texnologiyadır, dəyişməyən isə ilahi ədalət və insanın məsuliyyətidir.

Gəlin, sosial şəbəkələri qeybət meydanına deyil, xeyir, mərhəmət, elm və gözəl əxlaqın yayıldığı bir məkana çevirək. Paylaşmazdan əvvəl vicdanımıza, yazmazdan əvvəl qəlbimizə, danışmazdan əvvəl isə Allahın razılığına müraciət edək.

Çünki qiyamət günü təkcə dilimiz deyil, barmaqlarımız da şahidlik edəcək.

Sevgi və dualarımla!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri