Icma.az
close
up
RU
Qeydiyyatda olan avtomobillərin 45%inin istismar müddəti 20 ili keçib DYPdən AÇIQLAMA

Qeydiyyatda olan avtomobillərin 45%inin istismar müddəti 20 ili keçib DYPdən AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

“Dekabrın 2-nə olan məlumata görə, Azərbaycanda qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayı 1 milyon 863 mini keçib”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı təşkil olunan tədbirdə bildirib. O qeyd edib ki, bu il ərzində 1600-dən çox avtomobil istismardan çıxarılıb:

“Bu göstərici bizi qane etmir. Çünki illik terxniki baxışla bağlı məsələləri müzakirə etdiyimiz zaman görürük ki, hazırda istismarda olan nəqliyyat vasitələrinin cəmi 70%-i texniki baxışdan keçir.  30%-i isə ya sürülmür, ya da istismardan çıxıb və kimlərinsə həyətində, cərimə meydançalarında qalıb. Həmin nəqliyyat vasitələrini utilizasiya prosesinə cəlb etmək lazımdır. Ölkədə qeydiyyatdan keçən avtomobillərin cəmi 14.6%-i istismar müddəti 10 ilə qədər olan nəqliyyat vasitələridir. Ən məyusedici göstərici isə istismarı müddəti 20 ildən çox olan nəqliyyat vasitələri ilə əlaqədardır. Bu cür avtomobillər ölkədə qeydiyyatdan keçirilən nəqliyyat vasitələrinin 45%-dən çoxunu əhatə edir. Hər il Azərbaycanda istismara yararsız nəqliyyat vasitələrinin də iştirakı hesablanmaqla baş verən yol-nəqliyyat hadisələrində təxminən 600-dən çox vətəndaşımız qəzaların qurbanı olur. 1200-1500 nəfər isə bu cür hadisələrdə xəsarət alır. Bu bizi çox narahat edir. Azərbaycanla eyni göstəricilərə malik Polşa və Litva kimi ölkələrdə yol-nəqliyyat hadisələrinin qurbanlarının sayı ölkəmizlə müqayisədə xeyli azdır. Həmin ölkələrdə il ərzində baş verən ən ağır nəqliyyat hadisələri zamanı ölüm və xəsarət faktı çox aşağıdır”.

Mübariz Ağayev sonda onu da vurğulayıb ki, Polşa kimi Azərbaycanla eyni nəqliyyat sisteminə malik Polşa, Litva kimi ölkələrdə bəzən elə ağır qəzalar baş verir ki, həmin hadisə zamanı ölən olmur və ən pis halda kimsə xəsarət alır. Lakin eyni tipli qəza ölkəmizdə baş verəndə 4-5 nəfər həyatını itirir. Bunun səbəbi isə həmin ölkələrdə avtomobil parkının sürətli yenilənməsidir.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:370
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri