Qeyri adi nikah müqaviləsi: küsülü yatmaq qadağandır! FOTO
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın "Real Madrid" klubunun 18 yaşlı braziliyalı hücumçusu Endrik model Qabrieli Miranda ilə Madriddə ailə həyatı qurub.
Modern.az-ın məlumatına görə, onlar arasında qeyri-adi "sevgi müqaviləsi" imzalanıb.
Cütlük əslində ötən ilin sentyabrında evlənib, lakin indi ailə və dostlarının iştirakı ilə böyük mərasim təşkil ediblər.
Endrik müqavilənin bəzi şərtlərini açıqlayıb. Müqaviləyə əsasən, cütlük hər gün bir-birinə “səni sevirəm” deməlidir və küsülü halda yatmaq qadağandır.
İctimai yerlərdə dalaşmaq və əl-ələ tutmadan gəzmək də müqaviləyə ziddir. Həmçinin, tərəflər hər hansı asılılıq və davranış dəyişikliyinə yol verməməlidir.
Endrik bildirib ki, şərtlərə əməl etməyən tərəf ay sonunda digərinin istədiyi şeyi etməli olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 İyul 2025 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















