Icma.az
close
up
RU
Qeyri formal və informal təhsilin qiymətləndirilməsi və tanınması istiqamətində tədbirlər davam etdirilir

Qeyri formal və informal təhsilin qiymətləndirilməsi və tanınması istiqamətində tədbirlər davam etdirilir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 iyul, AZƏRTAC

Bərdə rayonunda Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı çərçivəsində xüsusilə “Accelerated Career Academy” tərəfindən təlimlərə cəlb olunmuş “Qənnadıçı, şirniyyatçı”, “Bərbər-vizajist-manikürçü” və “Dərzi” ixtisasları üzrə ümumilikdə 21 müraciətçinin müvafiq peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və təcrübələrinin TKTA tərəfindən qiymətləndirmə və tanınması həyata keçirilib.

Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib.

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə və işəgötürən qismində Bərdə Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfovdan ibarət olub.

Sahə üzrə müstəqil ekspert qismində Bərdə Peşə Təhsili Mərkəzinin müəllimləri - “Qənnadıçı, şirniyyatçı” peşə ixtisası üzrə Nərgiz Əbdülova, “Bərbər-vizajist-manikürçü” peşə ixtisası üzrə Günel Ərəbova, “Dərzi” peşə ixtisası üzrə isə Rəsmiyyə Nəzərova iştirak ediblər.

Qarabağ Peşə Hazırlığı Mərkəzində keçirilən müvafiq peşə ixtisasları üzrə nəzəri imtahanda iştirak edən 21 namizəddən 14-ü uğurlu nəticə göstərərək, növbəti mərhələ olan praktiki imtahana dəvət olunublar. Müvafiq peşə ixtisasları üzrə praktiki imtahanda uğurlu nəticə əldə edən namizədlər peşə ixtisasını təsdiq edən müvafiq sənəd əldə edəcəklər.

Qeyd edək ki, sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Xatırladaq ki, agentlik tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli Qərarına əsasən, sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq, eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see191

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see178

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see150

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see140

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see128

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see124

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see124

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see122

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see121

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see119

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri