Icma.az
close
up
RU
Qeyri işlək kreditlərin artması bankların kapital mövqeyini zəiflədir, riskləri artırır və yeni kreditlərin verilməsini çətinləşdirir

Qeyri işlək kreditlərin artması bankların kapital mövqeyini zəiflədir, riskləri artırır və yeni kreditlərin verilməsini çətinləşdirir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Mərkəzi Bankın yaydığı məlumata görə, bu ilin I yarısında Azərbaycan bankları 56,6 milyon manat kredit borcunu silib. Bunlar qeyri-işlək kreditlərdir. Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunın qeyri-işlək kredit portfeli 787 milyon manat təşkil edib. Bu, yanvarın 1-nə nisbətən 20,1% və yaxud 132 milyon manat çoxdur. Yanvar-iyun aylarında qeyri-işlək kredit portfelindəki artımın 75 milyon manatı istehlak kreditlərinin, 56 milyon manatı biznes kreditərinin, 1 milyon manatı isə ipoteka kreditlərinin hesabına baş verib. Beləliklə, hazırda istehlak kreditlərinin 321 milyon manatı (30% çox), biznes kreditlərinin 431 milyon manatı (14,9% çox), ipoteka kreditlərinin isə 35 milyon manatı (3,5% çox) qeyri-işləkdir.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalının suallarına iqtisadçı ekspert Famil Niftiyev cavab verib.

Famil Niftiyev

Qeyri-işlək kredit nədir?

“Bank tərəfindən verilmiş, lakin müəyyən müddət ərzində (adətən 90 gündən çox) ödənişi həyata keçirilməyən və ya ödəniş qabiliyyəti zəifləmiş borcalan tərəfindən qaytarılma ehtimalı çox az olan kreditdir. Sadə dildə desək, bu bankın geri ala bilmədiyi və ya almaq ehtimalı aşağı olan borcdur. Belə kreditlər bankın balansında “problemli” və ya “gəlir gətirməyən” aktiv kimi qalır. Yəni bu kreditlər üzrə bank artıq faiz gəliri əldə etmir, əksinə, risklərini qarşılamaq üçün ehtiyat (provisiya) ayırmalı olur.

Qeyri-işlək kreditlərin yaranmasına bir çox səbəblər təsir edir. Bunlara borcalanın gəlir mənbəyinin itməsi, işsizlik, iqtisadi geriləmə, biznes fəaliyyətində uğursuzluq, yüksək inflyasiya və ya valyuta riskləri kimi amillər nəticəsində ödənişlərin gecikməsi baş verir. Bu göstərici bank sisteminin sağlamlığını qiymətləndirmək üçün çox vacibdir, çünki qeyri-işlək kreditlərin payının artması maliyyə sabitliyi üçün təhlükə yaradır. Bankların likvidliyini azaldır, yeni kreditlərin verilməsini məhdudlaşdırır və ümumi iqtisadi aktivliyi zəiflədir”.

Borcların silinməsi kimlərə şamil olunacaq?

“Borcların silinməsi bütün borcalanlara aid edilmir, bu, yalnız geri qaytarılması artıq mümkün olmayan və uzun müddət ödəniş edilməyən kreditlərə şamil olunur. Məsələn; fiziki şəxslər arasında uzun müddət ödəniş etməyən və gəlir mənbəyini itirmiş borcalanlar, hüquqi şəxslər və ya bizneslər arasında iflas etmiş, fəaliyyətini dayandırmış və ya dövriyyə kapitalını bərpa edə bilməyən müəssisələr bu kateqoriyaya daxildir. Həmçinin vəfat etmiş borcalanların kreditləri və icra prosesi nəticəsiz qalan hallarda borclar da silinmə üçün nəzərə alınır.

Bu addım əslində bankların balansında artıq aktiv kimi qeydə alınan “ümidsiz” kreditlərin çıxarılmasıdır. Lakin borcalan tam hüquqi məsuliyyətdən azad edilmir çünki gələcəkdə ödəniş qabiliyyəti yaranarsa, bank həmin məbləği yenidən tələb edə bilər. Borcların silinməsi bank sisteminin sağlamlığını qorumaq, riskləri azaltmaq və kredit portfelinin keyfiyyətini yaxşılaşdırmaq məqsədini daşıyır”.

Hökumətin bu qərarı hansı məqsədi daşıyır?

“Hökumətin bankların qeyri-işlək kredit borclarını silmək qərarı həm iqtisadi, həm maliyyə, həm də sosial məqsədlərə xidmət edir. Əsas məqsəd bank sisteminin sağlamlığını qorumaq və maliyyə sabitliyini gücləndirməkdir. Qeyri-işlək kreditlərin artması bankların kapital mövqeyini zəiflədir, riskləri artırır və yeni kreditlərin verilməsini çətinləşdirir. Bu isə ümumilikdə iqtisadi dövriyyənin yavaşlamasına və investisiya fəallığının azalmasına gətirib çıxara bilər.

Problemli kreditlərin silinməsi bankların balansını “təmizləyir” və onların aktivlərinin keyfiyyətini yüksəldir, beləliklə banklar daha sağlam kredit portfeli ilə işləyə və yeni layihələrə maliyyə ayıra bilirlər. Eyni zamanda, qərarın sosial yönümü də var. Xüsusilə istehlak kreditləri üzrə ödəniş çətinliyi yaşayan əhalinin maliyyə yükü azaldılır, bu sosial sabitliyə müsbət təsir göstərir və vətəndaşların gəlirlərini yenidən istehlaka yönəltməsinə imkan yaradır.

Qeyd edim ki, hökumətin bu addımı yalnız bankların risklərini azaltmaq məqsədini daşımır, eyni zamanda iqtisadi aktivliyi bərpa edir, kredit bazarının sağlamlığını təmin edir və uzunmüddətli perspektivdə maliyyə sektorunun dayanıqlı inkişafına zəmin yaradır. Bu, həm də potensial sosial və iqtisadi gərginliyin qarşısını almaq üçün strateji və qabaqlayıcı tədbirdir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Oktyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri