Icma.az
close
up
RU
Qeyri neft sektorunun inkişafı vətəndaşların rifahının artmasına səbəb olacaq AÇIQLAMA

Qeyri neft sektorunun inkişafı vətəndaşların rifahının artmasına səbəb olacaq AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə müsahibəsində bildirib ki, Azərbaycan 10 Avropa ölkəsini qazla təmin edir, onların 8-i isə Aİ üzvüdür. O qeyd edib ki, Azərbaycanın qazı bu ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol daha da artacaq. Dövlət başçısı vurğulayıb ki, 2030-cu ilədək əlavə 8 milyard kubmetr qaz ixrac ediləcək.

Azərbaycanın Avropa ölkələrinə qaz tədarükünü artırmaq planı Avropa enerji təhlükəsizliyinə nə qədər təsir göstərə bilər və bu layihə ölkəmizin iqtisadi gəlirlərinə hansı fayda gətirəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, qlobal iqtisadiyyatda zaman-zaman geosiyasi balansın pozulması müxtəlif problemlərin yaranmasına həmçinin də ölkələrin iqtisadiyyatı üçün risk amili yaradır.

"Belə bir mühitdə ölkələr əsasən alternativ və etibarlı ticari tərəfdaş axtarışında olurlar. Son illərdə  regionda Rusiya və İranla bağlı münaqişə və narahatlıqlar Azərbaycanı bir növ ön plana çıxardı. Həmçinin də Azərbaycanın Avropanı təhlükəsiz enerji ilə təmin etməsi digər Avropa ölkələrini ölkəmizlə əməkdaşlığa sövq etdi. Bundan əlavə Rusiya və Avropa münasibətləri, həmçinin Avropanın Rusiyadan idxalı azaltması da bu səbəblər arasındadır. Bu layihənin ölkəmizin iqtisadi gəlirlərinin faydasına gəldikdə isə dövlət büdcəsinin artması, milli valyutanın dayanıqlığının qorunması, həmçinin xarici valyuta axını, risksiz davamlı aktiv gəlirlilik baxımdan iqtisadi əhəmiyyət kəsb edir".

İqtisadçı qeyd etdi ki, neft gəlirlərindən fərqli olaraq bu sahənin gəlirliliyi sabitdir və qlobal iqtisadiyyatda enerji sektorundakı qiymət artımı bu qiymətlərə təsir göstərərək aktivliyin artmasına səbəb olacaq.

"Bundan əlavə onu da bildirim ki,ixrac potensialımızın artması həmçinin qeyri-neft sektorunun inkişafı və ölkə vətəndaşlarının sosial iqtisadi rifahının artmasına da səbəb olacaq. Məlumdur ki, Qarabağ iqtisadi zonasında quruculuq işləri hələ də davam edir. Bunun üçün külli miqdar vəsait tələb olunur və biz bunu ölkə olaraq tək başına edirik. Dövlət büdcəsinin əsas hissəsi də həmin işlər üçün ayrılır. Azərbaycan iqtisadiyyatı istər müharibə dövründə, istərsə də hal-hazırki dövrdə öz dayanıqlığını qoruya bilib. Dayanıqlı iqtisadi inkişaf üçün də aktiv gəlirlərə, ixrac potensialının yüksəlməsinə ehtiyac duyulur. Bütün bu görülən işlər, ticari əməkdaşlıqlar ilk növbədə sosial iqtisadi rifahı yaxşılaşdırmaq, iqtisadiyatımızı böyütmək yönündə görülən işlərin məcmusudur", - deyə Günay Hüseynova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri