Icma.az
close
up
RU
Qeyri orijinal ehtiyat hissələri alan sürücüləri hansı problemlər gözləyir? USTALAR AÇIQLADI VİDEO

Qeyri orijinal ehtiyat hissələri alan sürücüləri hansı problemlər gözləyir? USTALAR AÇIQLADI VİDEO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir çox sahədə olduğu kimi avtomobillərin ehtiyyat hissəsi bazarındada saxta məhsulların bolluğu müşahidə olunur. Bəzən sürücülərə bir malın bir neçə saxta növü təqdim edilir. Belə ehtiyat hissələrinin ilk baxışdan orijinal və ya saxta olduğu bilinmir, lakin avtombilin üzərində işlədikdə bəzi fəsadları ortaya çıxır.

Sürücülər ucuz məhsula can atdıqları üçün bir çox hallarda keyfiyyətinə heç bir zəmanəti olmayan saxta ehtiyat hissələrinə üz tuturlar. Bazarda satıcılar vətəndaşlara hər üç növdə, həm orijinal, həm firma istehsalı, həm də saxta ehtiyat hissələri təklif edilir. Bu səbəbdən sürücülər çaşbaş qalır. Çünki onların qarşısına qoyulan ehtiyat hissələrinin hər üçünün qablaşdırılması eyni olur və aradakı fərqi hiss etmək çətinləşir. Bazardakı qeyri-orijinal ehtiyat hissələrinə tələbatı elə sürücülərin özlərindən soruşduq. Onlar orijinal ehtiyat hissələrinə üstünlük verdiklərini və hələ hansısa satıcının orijinal adı altında saxta məhsul satmadığını bildirib.

Avtosfer.az xəbər verir ki, qeyd edilən məsələlərlə bağlı avtomobil mütəxəssisləri, eləcə də, servis ustaları dəfələrlə xəbərdarlıq edib. Buna baxmayaraq, sürücülər arasında hələ də saxta ehtiyat hissələrindən istifadə edənlərin də sayı kifayət qədərdir. Elə bu seçimlər səbəbilə də uzun illərdir saxta ehtiyat hissələri bazarda tüğyan edir.

Mövzu ilə əlaqədar sürücüləri maraqlandıran sualları mütəxəssislərə yönləndirdik. Avtomobil ustası Cavidan Muradov deyir ki, saxta ehtiyat hissələri ilə bağlı məsələdə sürücüləri qınamaq da mümkün deyil:

- Qeyri-orijinal ehtiyat hissələri sürücülərə, eləcə də avtomobilə nə kimi zərər vurur?

- Sürücüləri artıq xərcə salır. Avtomobildə əgər bir detalda problem varsa, saxta ehtiyat hissələri maşındakı digər hissələrdə də problemlər yaradır. Bir avtomobildə problem var idi. Temperatur sensoru dəyişmişdilər. Bu da avtomobildə başqa problemlər yaradıb və sürücü xeyli pul xərcləməli olmuşdu. Sonradan məlum oldu ki, problemin qaynağı qeyri-orijinal ehtiyat hissəsidir. Sürücülərə tövsiyə edirəm ki, yalnız güvənə bildikləri mağazadan ehtiyat hissəsi alsınlar.

- Yağ və yanacaq filterlərinin orijinal, yaxud qeyri-orijinal olmasını ayırd etmək mümkündür?

- Əlbəttə, ayırd etmək olur. Əvvəlcə məhsulun, ya da qablaşdırmanın üzərində müəyyən kodlar olur ki, internetdə bu kodları yazaraq araşdırmaq mümkündür. Məsələn, hava filteri turbo funksiyalı avtomobillərdə çox önəmli rol oynayır. Bu ehtiyat hissəsinin saxtasından istifadə edildikdə, sürücü minlərlə manat xərcə düşə bilər. Yanacaq filteri də həmçinin. Bu ehtiyat hissəsinin orijinalından istifadə edilməyəndə benzin nasosu funksiyalarını doğru yerinə yetirə bilmir.

- Avtomobildə qeyri-orijinal ehtiyat hissələri başqa ehtiyat hissələrinə də ziyan vura bilər?

- Bəli, əlbəttə. Detalların bir-birinə birləşmələri şaxəli formadadır. Temperatur sensorunun saxta olması releni, dolayı yollarla da digər hissələri sıradan çıxara bilər. Buna görə də, ehtiyat hissələrinin ən yaxşısından, orijinal, ya da daha yaxşı firmaların istehsalına önəm verilməlidir. Baxın, buradakı hava filteri havaölçən sensoru ilə birbaşa əlaqədədir. Filteri düzgün seçməyəndə, çirkli hava əvvəlcə həmin sensoru sıradan çıxarır, daha sonra da turbonu yararsız hala salır.

Sahil Ağabəyli deyir ki, saxta ehtiyat hissələrini bəzən avtomobil ustaları özləri də orijinaldan ayırd edə bilmir:

-Qeyri-orijinal ehtiyat hissələri sürücülərə yox, avtomobillərə daha çox ziyan vurur. Maşının hərəkətdə olan, fırlanan hissələridir hamısı, hərəkətdə olan avtomobilin hissələrində müəyyən dəyişikliklər olur, eroziyaya uğrayır. Bu da dolayı yolla sürücünün cibinə ziyan vurur. Bilirsiz ki, maşının üstündə gələn ehtiyat hissələri orijinal olur, sürücü daha sonra dəyişiklik tələb edilən hissələri öz cibindən ödəyərək başqası ilə əvəz etməli olur. Belə olan halda da sürücü yalnız cibinə xeyir edən hissələrə üstünlük verir. Ölkəmizdəki sürücülərdə “bu maşını, onsuz da, satacağam” psixologiyası var, hamı əvvəl-axır maşını satacağını düşündüyü üçün orijinal ehtiyat hissəsinə yuxarı məbləğlər ödəmək istəmir.

- Kimlər qeyri-orijinal ehtiyat hissələrinə daha çox üstünlük verir? Bahalı avtomobil sahibləri, yoxsa ucuz?

- Öz müştərilərimizdən missal götürüm. Müştərilərin 51%-i ən keyfiyyətsiz məhsullara üstünlük verirlər. Hamı öz büdcəsinə görə ehtiyat hissəsinə pul xərcləyir. Əgər büdcə keyfiyyətli, orijinal ehtiyat hissəsinə kifayət etmirsə, o zaman bahalı maşın da almağa gərək yoxdur. Daha çox maddi imkanı yüksək olan şəxslər ucuz ehtiyat hissəsinə üstünlük verirlər.

- Ən çox hansı qeyri-orijinal avtomobil hissələrinin vurduğu zərərlərə görə sizə müraciət edirlər?

- Ən çox ön və arxa işlək ehtiyat hissələrinə görə müraciət edilir, yəni ön və arxa mexanizm (peredok) məsələləri sürücüləri daha çox narahat edir. Çünki Azərbaycandakı yolların bir çoxu heç də qənaətbəxş deyil. Bu gün dəyişilən ehtiyat hissəsi 2 ay sonra yenidən elə vəziyyətdə ustanın üzərində elə halda gəlir ki, sanki heç nə dəyişməyib. Daha çox filterlərin qeyri-orijinallarından istifadə hallarını görürük. Orijinal ehtiyat hissələrinin qablaşdırılmasındakı kağızın uzunluğu 20 metrdirsə, qeyri-orijinallarda bu kağız 5 metr olur.

Bu gün əksər sürücülər səsli, yaxud səssiz əyləc qəliblərinin üstünə düşüb. Hansısa sürücü avtomobilinə belə ucuz qiymətə qəlib taxdırır, sorna gətirib göstərir ki, baxın, mən bu əyləc qəlibini 10-15 manata almışam, heç səsi də gəlmir. Lakin bu qəliblər səsinə görə keyfiyyətli, yaxud keyfiyyətsiz olaraq tanınmamalıdır. Əyləc qəlibləri tormozlama zamanı avtomobilin tormoz məsafəsində nə qədər effektli reaksiya verməsinə görə tanınsa, daha yaxşı olar.

- Siz həm usta, həm də sürücü kimi, orijinal ehtiyat hissələrini qeyri-orijinaldan necə ayırd edirsiz? Sürücülərə bu barədə nə tövsiyə edərdiz?

- Sürücülər belə məhsulları bir-birindən heç vaxt ayırd edə bilməz. Çünki, yeri gələndə, heç ustalar da tam dəqiq bilmir. Hətta gözəlliyə baxsaq, qeyri-orijinal orijinaldan daha gözəl görünür. Vətəndaşlar yalnız məhsul aldığı mağazaya, ya da avtomobilin öz servisinə güvənə bilər.

- Qeyri-orijinal avtomobil hissələrindən istifadə etmək sürücülər üçün nə qədər təhlükəlidir?

- Sürücü hansısa mağazadan yanacaq borusu alır. Hansı ki, onun orta qiyməti 50 manatdır. Usta da mağazadan hər metrinə görə 1-1.5 manat ödəyib ehtiyat hissəsini yerinə taxır. Bir gün də müəyyən olunur ki, həmin avtomobil yanıb. Səbəb nədir? Sürücü bilmir. Səbəb, əlbəttə ki, keyfiyyətinə zəmanət verilməyən qeyri-orijinal ehtiyat hissələridir. O cümlədən, avtomobilin ehtiyat hissələrinə müdaxilələr də yolverilməzdir. Naqillərə edilən müdaxilə nəticəsində avtomobildə alışma baş verə bilər.

Sürücülərə tövsiyə edirəm ki, yalnız orijinal ehtiyat hissələrindən istifadə etsinlər. Ölkəmizdə isə orijinal ehtiyat hissələrinə önəm verən sürücülərin sayı çox azdır. Hər kəs sadəcə öz cibini düşündüyü üçün qeyri-orijinal ehtiyat hissələrini üstün tutur.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Aprel 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see321

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see271

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see228

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see224

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see221

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see219

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see218

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see214

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see211

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see202

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see199

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see192

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see182

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see178

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see169

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri