Qeyri sabit hava şəraiti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI QAR yağacaq...
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-23 dərəcə isti təşkil edəcək”.
Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
G.Məmmədova ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin sentyabrın 21-i gündüzədək davam edəcəyini bildirib:
“Bəzi yerlərdə fasilələrlə yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal olunur. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimalı var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 18 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















