Qəza nəticəsində şəhid olan hərbi qulluqçular yalnız Türkiyənin deyil, bütün türk dünyasının qəhrəman övladlarıdır
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarənin qəzaya uğraması ilə bağlı xəbəri dərin kədər və sarsıntı hissi ilə qarşıladıq. Qəza nəticəsində şəhid olan hərbi qulluqçular yalnız Türkiyənin deyil, bütün türk dünyasının qəhrəman övladlarıdır".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncədəki Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev səsləndirib. O qeyd edib ki, onların vətənə, bayrağa sədaqəti bir daha türk millətinin şərəf və mərdlik yolunu göstərdi:
"Azərbaycan və Türkiyə arasında tarixi, qardaşlıq və müttəfiqlik bağları əsrlərin sınağından keçmiş, qanla möhürlənmiş bir birlikdir. Bu ağır gündə türk xalqının kədəri bizim üçün də ortaq dərddir. Biz hər zaman olduğu kimi bu gün də qardaş ölkənin yanındayıq.
Şəhid olanlara Uca Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir və mənəvi güc arzulayıram.
Başımız sağ olsun".
Süleyman
Bu mövzuda digər xəbərlər:Yüksək bal toplayanlar onların övladlarıdır
14 İyul 2025 13:07
Türkiyənin 12 hərbçisi şəhid oldu YENİLƏNİB
07 İyul 2025 12:22
Nişan günündə şəhid olan Milli Qəhrəman
10 Mart 2025 17:43
“Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil...” Prezident İlham Əliyev
28 May 2025 18:03
Baxış sayı:75
Bu xəbər 11 Noyabr 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















