Qəzadan canını qurtarmaq istədi: Başqa maşın üstündən keçdi
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Abşeron rayonunda bir neçə minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Xəsarət alan sürücülərdən biri - Elxan Əliyev əzilmiş avtomobilindən yerə düşüb yolu keçmək istəyərkən, başqa avtomobil onun üstündən keçib.
O, hadisə yerində ölüb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

